“Thales” C. Koreyanı radar peykləri ilə təmin edəcək

2018/12/DtohN-1544110085.jpg
Oxunub: 220     18:27     06 Dekabr 2018    
Dünən Avropanın peyk istehsalçısı “Thales Alenia Space” Koreya Aviakosmik Sənayesi və “Hanwha Systems” şirkəti ilə iki ayrı müqavilə imzaladığını açıqlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə şirkətin direktoru Jan-Loik Qalle məlumat verib.

Onun sözlərinə görə, müqavilələr çərçivəsində şirkət Koreya müdafiə sənayesi üçün yüksək imkanlara malik 4 ədəd radar peyki hazırlayacaq. Peyklər yer kürəsini gün ərzində, gecə və buludlu hava şəraitində izləməyə imkan verəcək.

Qalle bildirib ki, şirkət yüksək rezolyusiyalı uzaqdan sensorlu bu peyklərin inşaası barədə təcrübəsini koreyalı əməkdaşları ilə bölüşəcək.

Qeyd edək ki, yeni peyklər hazırda mövcud olan radar peyklərdən 2 dəfə kiçik olacaq, izləmə, kəşfiyyat və xüsusi maraq dairələrini idarə etmək üçün böyük imkanlar yaradacaq.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Thales   Cənubi-Koreya   Radar  

“Thales” C. Koreyanı radar peykləri ilə təmin edəcək

2018/12/DtohN-1544110085.jpg
Oxunub: 223     18:27     06 Dekabr 2018    