Avropanın müdafiəsini necə gücləndirməli: 4 addım

2018/12/XYRVU-1544101445.jpg
Oxunub: 301     22:02     06 Dekabr 2018    
Uzun zamandır qlobal rəqabətin artması və böyük dövlətlərin güc rəqabəti ilə birlikdə Avropanın müdafiə sahəsi ilə bağlı müzakirələr gündəmə gəlib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə müdafiə sahəsi üzrə tədqiqatçı David Herzenhorn məlumat verib.

O, 4 addımda Avropanın nələrə diqqət etməli olduğunu izah edib.

1. Büdcənin düzgün istifadəsi: Ekspert qeyd edib ki, NATO-nun 2%-lik müdafiə büdcəsi əhəmiyyətlidir, lakin kifayət deyil. Əsas məsələ büdcənin nə qədər olması yox, onu necə istifadə etməkdir. Avropa hərbi satınalmalarında daha diqqətli olmalıdır;

2. Müasir təhlükələrə hazırlaşmaq: Təhlükələrin təbiəti sürətlə dəyişir, 2014-cü ildə təhlükə hesab edilən məsələlərlə bugünkülər təmamilə fərqlidir. İnstitutları buna uyğun olaraq təkmilləşdirməli və strateji rəqabət üçün hazırlaşmalıyıq;

3. Əməkdaşlığa açıq olmaq: Ən son növ texnologiya, hərbi avadanlıq və proqram təminatları üçün bu sahədə qabaqcıl millətlərlə əməkdaşlıq etmək lazımdır;

4. Aİ müdafiə kommissarı: Avropa müdafiə sahəsi ilə maraqlanan, büdcənin necə və hara xərclənməsi ilə bağlı məsələlərə və proseslərə nəzarət edən bir nəfərin olması işləri asanlaşdıracaq.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər:

Avropanın müdafiəsini necə gücləndirməli: 4 addım

2018/12/XYRVU-1544101445.jpg
Oxunub: 304     22:02     06 Dekabr 2018    