“Çin ən azı 5 yeni aviadaşıyıcını silahlanmaya daxil edəcək” – Ekspertlər

2018/12/BN-UE-1544099952.jpg
Oxunub: 353     20:18     06 Dekabr 2018    
“İkisi nüvə enerisi ilə işləyən ən azı 5 yeni aviadaşıyıcı Çin Xalq Ordusunun silahlanmasına daxil ediləcək”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə çinli ekspertlər məlumat verib.

Onların sözlərinə görə, nüvə enerjili aviadaşıyıcıların 2025-ci ildə işə düşməsi gözlənilir. “Xalq Azadlıq Ordusu əsas diqqətini “xarici sularda müdafiə”dən “açıq dənizlərdə təhlükəsizliyin təmin edilməsi və xarici sularda müdafiə”yə yönəldəcək”, - deyə ekspertlərdən biri bildirib.

Aviadaşıyıcılarla bağlı rəsmi məlumat verilməsə də, “Liaoning” və “Type 001A”nın Çin yaxınlığında qalması, elektromaqnit dalğalarından istifadə edəcək üçüncü aviadaşıyıcının açıq dənizlərə göndərilməsi və 2 nüvə enerjili aviadaşıyıcının Çinin qlobal maraqlarını müdafiə etmək üçün istifadə edilməsi gözlənilir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Çin   Aviadaşıyıcı  

“Çin ən azı 5 yeni aviadaşıyıcını silahlanmaya daxil edəcək” – Ekspertlər

2018/12/BN-UE-1544099952.jpg
Oxunub: 354     20:18     06 Dekabr 2018    