Böyük dövlətlər arasındakı silahlanma yarışı – QISA BAXIŞ

2018/12/image-1544098088.jpg
Oxunub: 404     19:43     06 Dekabr 2018    
Dekabrın 4-də NATO Rusiyanı Ortamənzilli Nüvə Qüvvələri müqaviləsini pozmaqla rəsmi olaraq ittiham etdi. ABŞ isə 2014-cü ildən Rusiyanı qadağan olunmuş raketləri inkişaf etdirmək və sınaqdan keçirməkdə günahlandırırdı.

Rusiya prezidenti Putin bütün bunlara cavab olaraq Rusiyanın müqaviləni pozmadığını və belə raketlər hazırlamadığını, lakin ABŞ müqavilədən geri çəkilərsə, hazırlayacağını bildirdi. Rusiya həmçinin Çini nəzərdə tutaraq qeyd etdi ki, yalnız ABŞ və Rusiya arasında qadağan olmuş silahları başqa ölkələr inkişaf etdirməkdədir.

Bütün bu hadisələrin timsalında beynəlxalq arenada güc strukturlarının dəyişdiyini və Rusiya, Çin və ABŞ arasında silahlanma yarışı getdiyini görürük.

ABŞ-ın rəqibləri ilə arasında olan gərginlik Çinin Cənubi Çin Dənizindəki aqressiyası və Rusiyanın Ukraynaya müdaxiləsi ilə daha da artıb. Gərginlik artdıqca müdafiə sahəsinə ayrılan büdcələr də artır və silahlanma yarışı qızışmağa davam edir.

Rusiyanın günahlandırılmasından sonra ABŞ Rusiyaya müqaviləyə qayıtması üçün 60 gün vaxt verdiyini, əks halda ABŞ-ın müqavilədən geri çəkiləcəyini açıqlayıb. Bu müddətdə Ceyms Mettis qeyd edib ki, ABŞ bir neçə onillikdir nüvə arsenalını kiçiltməyə çalışır, lakin Çin, Rusiya, İran, Şimali Koreya və Pakistan kimi ölkələr genişləndirmə və təkmilləşdirmə işləri görür.

“Biz artıq dünyanı olduğu kimi görəcəyik, olmasını istədiyimiz kimi yox”, - deyə o təəssüfünü bildirib.

Görünür ki, qarşımızdakı illərdə də silahlanma yarışı dayanmayacaq və dünyanın böyük dövlətləri beynəlxalq siyasətin mərkəzinə gəlmək üçün rəqabət içində olacaqlar.

Sevinc Əliyeva
Ordu.az

Teqlər: Rusiya   Nüvə-müqaviləsi   Çin   ABŞ  

Böyük dövlətlər arasındakı silahlanma yarışı – QISA BAXIŞ

2018/12/image-1544098088.jpg
Oxunub: 405     19:43     06 Dekabr 2018    