Müdafiə Sənayesi Nazirliyindən
Ordu.az-a verilən xəbərə görə, səmimi keçən görüşdə Azərbaycan ilə Rusiyanın hərbi sənayesi kompleksləri arasında əlaqələrin inkişaf etdirilməsinə və əməkdaşlıq layihələrinin müzakirə edilməsinə dair fikir mübadiləsi aparıldı.
Nümayəndə heyəti səfər çərçivəsində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində də oldu.
Səfər, bu ilin oktyabrında Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev ilə Rusiya Federasiyasının sənaye və ticarət nazirinin müavini Oleq Ryazantsev arasında Moskvada təşkil edilmiş görüş zamanı əldə olumuş razılığa əsasən həyata keçirildi.
Ordu.az