Rusiya hərbi sənaye komplekslərinin direktoru Bakıya gəlib

2018/12/img_7-1544102514.jpg
Oxunub: 398     17:21     06 Dekabr 2018    
Dekabrın 6-da Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin Hərbi sənaye kompleksləri departamentinin direktoru Tarabrin Konstantin Anatolyeviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Müdafiə Sənayesi Nazirliyinin nümayəndələri arasında görüş keçirildi.

Müdafiə Sənayesi Nazirliyindən Ordu.az-a verilən xəbərə görə, səmimi keçən görüşdə Azərbaycan ilə Rusiyanın hərbi sənayesi kompleksləri arasında əlaqələrin inkişaf etdirilməsinə və əməkdaşlıq layihələrinin müzakirə edilməsinə dair fikir mübadiləsi aparıldı.

Nümayəndə heyəti səfər çərçivəsində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində də oldu.

Səfər, bu ilin oktyabrında Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev ilə Rusiya Federasiyasının sənaye və ticarət nazirinin müavini Oleq Ryazantsev arasında Moskvada təşkil edilmiş görüş zamanı əldə olumuş razılığa əsasən həyata keçirildi.

Ordu.az

Teqlər: Rusiya   Azərbaycan   Hərbi-sənaye  

Rusiya hərbi sənaye komplekslərinin direktoru Bakıya gəlib

2018/12/img_7-1544102514.jpg
Oxunub: 399     17:21     06 Dekabr 2018    