“Ermənistan nə öz coğrafiyasından, nə də Rusiyadan qaça bilməz” - TARASOV

2018/12/2-154-1544102412.jpg
Oxunub: 607     17:17     06 Dekabr 2018    
“Ermənistanda rejim dəyişikliyi ilə əlaqədar qeyri-adi bir vəziyyət yaranıb. "Kütlə qəhrəmanı" respublikanın rəhbərliyinə gələrək öz mövqeyini və hakimiyyətini legitimləşdirməyə çalışır. Lakin aydın olmalıdır ki, beyinlərində Ermənistan xarici siyasət vektorlarını dəyişməyi düşünsələr də, şalvarlarının içindən çıxa bilmədikləri kimi, öz coğrafiyalarından da qurtula bilməyəcəklər”.

Bu barədə Ordu.az-a rusiyalı politoloq Stanislav Tarasov Ermənistandakı vəziyyəti şərh edərkən bildirib.

Onun sözlərinə görə, Ermənistan-Rusiya münasibətlərinə nəzər salsaq, görərik ki, bütün bəyanatlara, deklarasiyalara və ehtimallara baxmayaraq, Paşinyan hələlik Rusiyanı narahat edə biləcək bir addım atmayıb.

“Doğrudur, KTMT sədri Xaçaturovla bağlı hadisəni mötərizəyə almalıyıq. Burada ermənilər böyük bir səhvə yol verdilər. Lakin ümumilikdə Ermənistan-Rusiya əməkdaşlığı davam edəcək. Əlbəttə, Paşinyan çoxvektorlu xarici siyasəti inkişaf etdirəcək. Qərblə dostluq etmək istəyir. Allah xatirinə, qoyun dost olsun.

“Sasna Tsrer”in radikal bəyanatlarına gəldikdə isə, belə bir təəssürat yaranır ki, Paşinyan Ermənistanın siyasi həyatında üstünlük təşkil etməyən, lakin radikal şüarlar səsləndirmək imkanına sahib bir rəqib qüvvə yaratmaq istəyir. Bu bəzən Moskvanı da narahat edəcək qırmızı əski parçası kimi bir şey olacaq, hərdən isə Kreml onlara hansısa bir şəkildə reaksiya vermək məcburiyyətində qalacaq. Yəni Paşinyan hakimiyyətin daxili tarazlığını yaradır, çünki "köhnə qvardiya" hələ qalmaqdadır, onların vəzifəli şəxsləri nazirliklərdə və idarələrdə çalışırlar. Lakin Paşinyanın son məqsədi, həm də bizim üçün aşkardır”, - deyə Tarasov bildirib.
Erməni cəmiyyətində Rusiyaya qarşı əks-hücumların artması ilə bağlı sualları cavablandıran S. Tarasov deyib ki, əgər ermənilər “rus qatarından” tullanmaq istəyirlərsə, qoy tullansınlar.

“Lakin Ermənistan bundan qazana biləcəkmi? Digər tərəfdən, ermənilər elə bir coğrafiyada yerləşirlər ki, onlar həm Rusiya, həm də qonşu dövlətlərlə əməkdaşlığı inkişaf etdirməyə məcburdurlar. Onlar bundan qaça bilməzlər”,- deyə rusiyalı ekspert qeyd edib.

Eyni zamanda, o, Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olduğunu da vurğulayıb: “Bizi bu vəziyyətdə rəsmi Bakının rəsmi siyasəti ümidləndirir. Azərbaycan prezidenti savadlı bir hərəkət etdi - Ermənistanın çətin vəziyyətindən istifadə etmək istəmədi və Qarabağ istiqamətində fəaliyyətə keçmədi. Bundan əlavə, Düşənbə görüşü cəbhə xəttindəki vəziyyəti sakitləşdirməyə kömək etdi.

Demək istəyirəm ki, Moskva bərabər məsafəli siyasətini davam etdirəcək, çünki son zamanlar Azərbaycanla münasibətlərimiz ciddi şəkildə yaxşılaşıb. Azərbaycan Avrasiya İqtisadi İttifaqının və KTMT-nin üzvü deyil, lakin Moskva və Bakının münasibətlərinin səviyyəsi, bu təşkilatların bəzi üzvləri arasındakı münasibətlərdən daha yüksəkdir. Düzünü desəm, bəzi şərtlər daxilində Azərbaycanın KTMT-də müşahidəçi statusu almasına, hətta Avrasiya İqtisadi İttifaqına daxil olma ehtimalına şübhə etmirəm”.

Bahram Batyev
Ordu.az

Teqlər: KTMT   Ermənistan   Rusiya  

“Ermənistan nə öz coğrafiyasından, nə də Rusiyadan qaça bilməz” - TARASOV

2018/12/2-154-1544102412.jpg
Oxunub: 610     17:17     06 Dekabr 2018    