Ordu.az xəbər verir ki, bu barədə YPG-yə yaxın mənbələr tərəfindən məlumat yayılıb.
Bildirilir ki, İŞİD terrorçuları Suriya və İraqdakı siyasi qeyri-sabitlikdən istifadə edirlər.
Mənbə qeyd edib ki, düşünüləndən daha çox İŞİD döyüşçüsü var. Dağınıq düşmüş terrorçular, eyni zamanda kiçik hücumlara davam edirlər.
“Onlar qaçırma və öldürmə kimi partizan döyüş üsullarından istifadə etməklə səylərini davam etdirirlər. İŞİD terrorçuları İraqdakı etnik və məzhəb bölünməsini istismar edə biliblər”, - deyə mənbə əlavə edib.
İlkin Məmmədov
Ordu.az