Qarabağ əlili: "Cənab nazirin bizimlə görüşməsi bizi daha da ruhlandırır"

2018/12/47391-1544099529.jpg
Oxunub: 423     16:29     06 Dekabr 2018    
Vidadi Zeynalov, Qarabağ müharibəsinin ilk illərində, torpaqlarımızın müdafiəsi uğrunda könüllü olaraq savaşa qatılıb. Ağdam rayonu istiqamətində gedən döyüş əməliyyatlarının birində isə aldığı güllə yarası onun əlil olmağına səbəb olub. Lakin buna baxmayaraq, hər bir cəbhə kəndinin sakini kimi V.Zeynalov da Qələbə gününün uzaqda olmadığına inanaraq, cəbhə xəttinə yaxın ərazidə öz doğma evində yaşayır.

Dünən Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənov ön xətdə yerləşən bölmələrə səfər edərkən bir qrup kənd sakini ilə qeyri-rəsmi görüş keçirib.

Görüşün cəbhə kəndinin sakinlərinə xoş təsir bağışladığını deyən Qarabağ əlili, Vidadi Zeynalov təəssüratlarını Ordu.az saytına danışıb:

"Həmişəki kimi kənd meydanında dayanmışdıq. Maşın karvanının gəlişini gördük. Maşınlar bizə çatanda dayandı və cənab nazir maşından düşərək sakinlərə tərəf gəldi. O, bizimlə çox səmimi söhbət edərək həyat qayğılarımızla maraqlandı. Ətraflı söhbət zamanı biz ağdamlılar olaraq ölkə rəhbərinin ordu siyasətini dəstəklədiyimizi, hər zaman ordunun yanında olduğumuzu və Ali Baş Komandanın döyüş əmrinə hazır olduğumuzu bildirdik".

V. Zeynalov Müdafiə nazirinin cəbhə sakinləri ilə görüşüb, onların həyat qayğıları ilə maraqlanmasının insanlar arasında döyüş ruhunun daha da yüksəlməsində böyük rol oynadığını dilə gətirib: "Cənab nazirin bizimlə görüşməsi bizi daha da ruhlandırır. Əminliklə qeyd edə bilərəm ki, hamılıqla torpaqlarımızın işğaldan azad olunması üçün veriləcək döyüş əmrinə böyük ruh yüksəkliyi ilə qatılacağıq".

Elgün Gəncimsoy
Ordu.az

Teqlər: Müdafiə-naziri   Zakir-Həsənov  

Qarabağ əlili: "Cənab nazirin bizimlə görüşməsi bizi daha da ruhlandırır"

2018/12/47391-1544099529.jpg
Oxunub: 424     16:29     06 Dekabr 2018    