Ermənistan ordusunun hərbi qulluqçusu ölüb

2018/12/23432-1544098454.jpg
Oxunub: 247     16:01     06 Dekabr 2018    
Ermənistanın Sisian şəhərində qar uçqununa düşən hərbçi ölü tapılıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Sisian şəhər rəhbəri Artur Sarkisyan məlumat verib.

Sarkisyanın sözlərinə görə, ölü halda tapılan 1995-ci il təvəllüdlü, Sisian şəhər sakini Hayk Samveloviç Karamyandır.

O, müqaviləli hərbi qulluqçu olub.

Xatırladaq ki, dekabrın 5-də Sisianda beş nəfərdən ibarət müqaviləli hərbi qulluqçu qar uçqununa düşdüyü barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan məlumat verib.

Hovhannisyan bildirirdi ki, bir nəfərdən başqa, qalanlarını tapmaq mümkün olub. Qar uçqunundan sağ tapılanların sağlamlığının normal olduğu qeyd olunurdu.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər:

Ermənistan ordusunun hərbi qulluqçusu ölüb

2018/12/23432-1544098454.jpg
Oxunub: 250     16:01     06 Dekabr 2018    