Rusiyalı parlamentari: “Rusiya “İskəndər-M”-ləri sınaqdan keçirməyib”

2018/12/12094-1544093304.jpg
Oxunub: 283     14:51     06 Dekabr 2018    
Rusiya, “İskəndər-M” taktiki raket sistemlərindən Orta Mənzilli Nüvə Qüvvələri Razılaşmasını (INF Müqaviləsi) pozacaq mənzildə sınağını həyata keçirməyib.

Ordu.az xəbər verir ki, bu sözləri bu gün Rusiya Dövlət Dumasının Müdafiə komitəsinin sədri Vladimir Şamanov Dumanın plenar iclasında deyib.

Onun sözlərinə görə, “İskəndər-M” raketləri haqqında Rusiyaya qarşı əsassız iddialar irəli sürürlər.

“Onlar, bizim müqaviləni pozduğumuza dair sübutlara malik olduqlarını iddia edirlər. Mən tam məsuliyyətimlə bəyan edirəm ki, belə bir mənzildə (500 km-dən çox) raketləri sınaqdan keçirməmişik, ABŞ Dövlət katibi Mayk Pompeo bundan xəbərdardır”, - deyə o qeyd edib.

İlkin Məmmədov
Ordu.az

Teqlər: Rusiya   ABŞ   İsgəndər-M  

Rusiyalı parlamentari: “Rusiya “İskəndər-M”-ləri sınaqdan keçirməyib”

2018/12/12094-1544093304.jpg
Oxunub: 286     14:51     06 Dekabr 2018    