İranda terror aktı - Ölənlər var (VİDEO)

2018/12/34534-1544083786.jpg
Oxunub: 420     12:00     06 Dekabr 2018    
Az öncə İranın Çabəhar şəhərinin Şəhid Rigi bulvarında partlayış baş verib.

Ordu.az İran KİV-inə istinadən xəbər verir ki, hadisə şəhərin Polis İdarəsinin yaxınlığında baş verib.

Kamikadze partlayıçı quraşdırılan avtomobili Polis İdarəsinin yaxınlığında partladıb. Nəticədə 3 nəfər ölüb, 19 nəfər yaralanıb.

“Bu səhər Çabahardakı hərbi baza yaxınlığında avtomobildə quraşdırılan bomba partladılıb. Nəticədə çox sayda insan xəsarət alıb” - deyə iranlı rəsmi bəyan edib.

Şahidlər partlayış ərazisindən atışma səslərinin eşidildiyini bildiriblər.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: İran   Terror  

İranda terror aktı - Ölənlər var (VİDEO)

2018/12/34534-1544083786.jpg
Oxunub: 421     12:00     06 Dekabr 2018    