İranın raket sınağı Vaşinqtonu niyə bu qədər narahat edir?

2018/12/13970-1544082077.jpg
Oxunub: 363     11:40     06 Dekabr 2018    
Bəzi ekspertlərə görə, Vaşinqtonun İranın raket sınağı ilə bağlı bu qədər narahat olmasının səbəbi beynəlxalq aləmin diqqətini Səudiyyə Ərəbistanı ilə olan gərginlikdən uzaqlaşdırmaqdır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Tehranda baş tutan konfrans zamanı iranlı hərbi tədqiqatçılar məlumat verib.

Onlar qeyd edib ki, İranın ballistik raket sınağı BMT TŞ-nin 2231 saylı qətnaməsinin müddəaları ilə ziddiyyət təşkil etmir, bu məsələnin belə böyüdülməsi sadəcə olaraq ABŞ-ın ən böyük silah müştərisi S. Ərəbistanı ilə olan gərginliyi azaltmaq üçün taktikadır.

“Vaşinqton raket sınağını gündəmdə tutmaqla, həmçinin Aİ və İran arasında baş tuta biləcək əməkdaşlığı əngəlləməyə çalışır”, - tədqiqatçılardan biri qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

Teqlər: İran   ABŞ   Raket-sınağı  

İranın raket sınağı Vaşinqtonu niyə bu qədər narahat edir?

2018/12/13970-1544082077.jpg
Oxunub: 364     11:40     06 Dekabr 2018    