ABŞ Senatı S. Ərəbistanına yardım məsələsini səsverməyə qoyacaq

2018/12/34534-1544080368.jpg
Oxunub: 304     11:07     06 Dekabr 2018    
Tezliklə ABŞ Senatı Səudiyyə Ərəbistanına edilən yardımın geri çəkilməsi üçün səsvermə keçirəcək.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri Bob Korker bildirib.

Onun sözlərinə görə, indiyə qədər ABŞ qoşunlarının xarici ölkələrdən geri çəkilməsi ilə bağlı məsələlər səsverməyə qoyulmayıb, lakin partiyalardan gələn istəklər əsasında ən tezi növbəti bazar ertəsi günü səsvermə keçiriləcək.

“Səsvermənin uğurlu olması üçün ən az 51 səs lazım olacaq”, - deyə Korker əlavə edib. O, həmçinin qeyd edib ki, bəzi hüquqşunaslar Səudiyyə Ərəbistanına sanksiyalar qoyulması ilə bağlı alternativlər üzərində işləyirlər.

“S. Ərəbistanı silah satışının qadağan edilməsi, ölkəyə göstərilən yardımın dayandırılması, yaxud sanksiyalarla Qaşıqçı cinayətinin bədəlini ödəyəcək”, - deyə ekspertlərdən biri qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

Teqlər: ABŞ   Səudiyyə   Silah-satışı  

ABŞ Senatı S. Ərəbistanına yardım məsələsini səsverməyə qoyacaq

2018/12/34534-1544080368.jpg
Oxunub: 307     11:07     06 Dekabr 2018    