Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Stepan Poltorak bəyan edib
“Bu barədə 10 dəqiqə əvvəl hesabat aldım, “Neptune” dəniz hədəflərini uğurla vuraraq sınağı başa çatdırıb. Əsas olan odur ki, onun bütün komponentləri Ukrayna istehsalıdır və heç bir xarici təzyiq ona təsir edə bilməyəcək”, - deyə o əlavə edib.
Qeyd edək ki, “Neptune” gəmi əleyhinə raket sistemləri quru və dəniz hədəflərini 300 km məsafədən vurmağa qadirdir, gələcəkdə onun mənzilinin 500 km-ə çatdırılması gözlənilir.
Sevinc Əliyeva
Ordu.az