Ş. Koreyanın uzaqmənzilli raket bazasını genişləndirdiyi ortaya çıxıb

2018/12/23423-1544078275.jpg
Oxunub: 337     10:17     06 Dekabr 2018    
Yeni peyk görüntüləri Şimali Koreyanın kənar dağlıq ərazilərdə yerləşdirdiyi uzaqmənzilli raket bazasını genişləndirdiyini ortaya çıxarıb.

Ordu.az xəbər verir ki, bu barədə CNN tərəfindən əldə edilən peyk görüntülərindən məlumat əldə edilib.

Məlumata görə, ABŞ ilə nüvə silahlarının azaldılması ilə bağlı danışıqlar aparan Koreya həm “Yeongjeo-dong”, həm də daha əvvəl bilinməyən yaxınlıqdakı başqa bir raket bazasını aktiv saxlayıb və təkmilləşdirib.

ABŞ kəşfiyyat agentlikləri bildirib ki, digər raket bazası Koreya tərəfindən heç vaxt ictimaiyyətə açıqlanmayıb.

Ceffrey Luis İnstitutunun tədqiqatçıları bildiriblər ki, bazalarda təkmilləşdirmə işləri, hətta Kim Çen In və Tramp arasında danışıqların aparıldığı Sinqapur sammiti zamanı belə dayandırılmayıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: KXDR   Raket-bazası  

Ş. Koreyanın uzaqmənzilli raket bazasını genişləndirdiyi ortaya çıxıb

2018/12/23423-1544078275.jpg
Oxunub: 340     10:17     06 Dekabr 2018    