Yenokyan Paşinyanı ifşa etdi: "Qarabağ ətrafında məxfi razılaşmalar var"

2018/12/37d30-1544019055.jpg
Oxunub: 1181     21:04     05 Dekabr 2018    
“Qarabağ ətrafında məxfi razılaşmalar var. Əgər bunlar Ermənistan üçün əlverişli olsaydı Paşinyan bəyan edərdi”.

Ordu.az xəbər verir ki, bu sözləri Siyasi və beynəlxalq araşdırmalar üzrə erməni mərkəzinin direktoru Ağasi Yenokyan erməni mətbuatına müsahibəsində deyib.

Ekspert, seçki təbliğatı kompaniyasının sabiq iqtidar partiyası ilə indiki iqtidar arasında bir mübarizə halını aldığını qeyd edib.

"Heç bir partiyanın gələcəyə dair maraqlı bir baxış konsepsiyasına rast gəlməmişəm. Paşinyanın təmsil etdiyi partiya isə orda-burda bağça, məktəb tikintisi, vədlərdən ibarət olan sərmayələr haqqında danışmaqla kifayətlənir. Ancaq bu seçkiqabağı strategiya sayıla bilməz.

“Mənim adımım” ittifaqının liderinin konsepsiyasının olmaması seçki konsepsiyasına mənfi təsir göstərir. Ötən 7-8 aylıq hakimiyyəti dövründə indiki iqtidarın heç bir inkişaf konsepsiyası olmayıb. Ancaq həbs edərik, asfalata sərərik, asarıq, kəsərik kimi ifadələr eşidirik. Gələcəyi göstərən fikirlər sanki yox səviyyəsindədir", - deyə o narahatlığını ifadə edib.

Yenokyan bildirir ki, Paşinyanın bəzi qüvvələrə köhnə üsullarla işləməyə icazə verdiyi məlumdur, ona görə də proqnozlar verməkdə çətinlik çəkən ekspert qeyd edir ki, keçmiş iqtidar partiyasının nümayəndələri seçki kompaniyasında çox yaxşı fəaliyyət göstərirlər.

"Paşinyan tərəfindən bütün nöqsanların sabiq iqtidarın üstünə atılması fəndi çox davam edib, işə yaramayacaq. Bu üsul seçicilərə elə də təsir etməyəcək. Seçicilər namizədlərini seçdikdən sonra bir də 4-5 il sonra yada düşəcəklər", - deyə erməni ekspert qeyd edib.

Araşdırmalar mərkəzinin direktoru bu günlərdə Qarabağ mövzusunun çox istismar olunduğunu qeyd edərək vurğulayıb ki, inqilabın Qarabağdan daha əhəmiyyətli hesab olunması yanlışdır. O, Davit Şahnazaryanın hakimiyyət əvəzinə Qarabağ layihəsi olmaqla Paşinyanın proqramı olduğunu diqqətə çatdırıb. Paşinyan isə hakimiyyəti xəyanətdə ittiham edənlərin milli təhlükəsizlik xidmətinə cavab verməli olduqlarını açıqlayıb.

Yenokyan qeyd edib ki, Qarabağ mövzusunun istismar edilməsi bunun qaynar nöqtə olmasından irəli gəlir.

"Tezliklə Qarabağ məsələsində ciddi diplomatik və frontal proseslər baş verəcək. Qeyri-adi müzakirələr, diplomatik atışmalar gedir. Şahnazaryan deyir Qarabağı təhvil verəcəklər, Paşinyan deyir həbs edərəm. Bu layiqli cavab deyil. Əgər məsələ Qarabağ mövzusudursa, deməli Qarabağ haqqında danışmaq lazımdır, həbs etdirmək mövzusudursa o zaman gərək gözləməsin həbs etdirsin.

Qarabağla bağlı çox böyük təhdidlər görürəm. İlk növbədə indiyədək artıq problemləri əks etdirən diplomatik səylərin olduğunu deyə bilərəm. Kifayət qədər gizli razılaşmalar var. Hesab edirəm ki, əgər bu razılaşmalar Ermənistanın maraqlarına cavab versəydi, əlverişli olsaydı, o zaman Nikol Paşinyan bu razılaşmaları açıb deyərdi. Paşinyan, hakimiyyəti dövründə 3-4 dəfə Putinlə, 4-5 dəfə Makronla görüşüb. Unutmaq olmaz ki, bu ölkələr həmsədr ölkələrdir. İki həftə ərzində 3 amerikalı məmur Ermənistanda olub, bu barədə biz heç nə bilmirik", - deyə Yenokyan bəzi detalları açıqlayıb.

Erməni ekspert hesab edir ki, bu dövrlər ərzində hər hansısa hazırlıqlar olub və Azərbaycanın səyləri nəticəsində danışıqlar mövzusu da dəyişib: "Nikol Paşinyan hakimiyyətə gələnədək danışıqlar Vyana və Sankt Peterburqda əldə edilmiş razılıqlar ətrafında aparılırdısa, indi məzmun danışıqlarına getmək təklif olunur, bu isə indiki məqamda bizim üçün sərfəli deyil. Nəhayət Qarabağda baş verənləri Paşinyan-Əliyev arasında baş tutan 3 dəqiqəlik lift anlaşmsı ilə bağlamaq ciddi yanaşma deyil. Bir sözlə danışıqlar mövzusu ciddi şəkildə iflasa uğrayır.

KTMT məsələsinə gəldikdə isə Xaçaturovla bağlı addım çox böyük səhv idi. Anlaşılan deyil, niyə Xaçaturovun rəisi olan Seyran Ohanyanı yox, onun müavini olan şəxsi həbs etmək istədilər. Bu məsələ ilə bağlı indiyədək heç bir izahat verilməyib. KTMT ilə bağlı qərar düşünülməmiş tələsik atılan addım idi. İndi Baş katiblik mandatını qoruya bilmədiyimizə görə deyirik ki, bu mandat bizə lazım deyil".

Alpər Mövludoğlu
Ordu.az

Teqlər:

Yenokyan Paşinyanı ifşa etdi: "Qarabağ ətrafında məxfi razılaşmalar var"

2018/12/37d30-1544019055.jpg
Oxunub: 1182     21:04     05 Dekabr 2018    