"Bu, Qarabağ məsələsində mövqelərimizin zəifləməsinə gətirib çıxaracaq" - Zakaryan

2018/12/34534-1544017803.jpg
Oxunub: 502     17:48     05 Dekabr 2018    
"KTMT-də əsaslandırılmamış ptoblemlər yaratmaqla, başqalarının maraqlarından irəli gələrək, qonşu ölkələrlə anlaşılmayan problemlər yaratmaq və Rusiya ilə dialoq güvənsizlik mühitinə çevrilib. Bizim xarici münasibətlərdə anlaşılmayan gündəliyimiz olacaq".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan Müdafiə nazirinin sabiq müavini, parlamentin xarici siyasət daimi komissiyasının sabiq sədri Artak Zakaryan Paşinyanın KTMT ilə bağlı bəyanatını şərh edərkən bildirib.

Zakaryan bildirib ki, Aİ ilə Ermənistan arasında əməkdaşlığın genişləndirilməsinə dair 29 iyun tarixində razılaşma imzalansa da, bu, cəmi 6 Avropa ölkəsi tərəfindən təsdiq edilib.

"Qalan 22 ölkə hələ də Ermənistandakı vəziyyəti izləməkdədir. Çünki Ermənistanın xarici siyasəti sabit deyil, hər həftə Ermənistanın xarici siyasətində hər hansı bir qalmaqal və ya qalmaqala bənzər hadisələrin baş verdiyini izləyirlər. İndiki hakimiyyət Respublikaçıların xarici siyasətini davam etdirdiklərini bəyan etsə də, bu sadəcə bəyanat olaraq qalmaqdadır. Məhz bu kimi proseslər Qarabağ məsələsində mövqelərimizin zəifləməsinə də gətirib çıxaracaq", - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər:

"Bu, Qarabağ məsələsində mövqelərimizin zəifləməsinə gətirib çıxaracaq" - Zakaryan

2018/12/34534-1544017803.jpg
Oxunub: 505     17:48     05 Dekabr 2018    