NI: “ABŞ HHQ-nın daha çox bombardmançı təyyarə və tanka ehtiyacı var”

2018/12/15356-1544017076.jpg
Oxunub: 549     21:51     05 Dekabr 2018    
“ABŞ HHQ-nın daha çox bombardmançı təyyarə və tanka ehtiyacı var, lakin bir neçə ildir ki artmaqda olan hərbi büdcə, çox güman ki, azalacaq və yeni təyyarələr almaq çətinləşəcək”.

Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, bu barədə general Stefan Vilson müsahibə verib.

“Ön cəbhədə 20 B-2, 63 B-1 və 76 B-52 olmaqla 159 bombardmançı təyyarə və KC-135 və KC-10-lardan ibarət olmaqla 450 tank var. Çinlə rəqabətdə ən böyük əskikliyimiz bombardmançı təyyarə və tankların az olmasıdır”, - deyə o əlavə edib.

Qeyd edək ki, ABŞ HHQ daha əvvəl növbəti il üçün Konqresdən 312 eskadriliyanı 386-ya çatdırmağı tələb edəcəyini bildirmişdi. Vilsonun verdiyi məlumata uyğun olaraq, yeni yaradılacaq 74 eskadriliyadan 5-nin yeni bombardmançı, 14-nün isə tank bölməsi olacağı qeyd edilmişdi.

Vilson bildirib ki, Tramp administrasiyası 2020-ci il hərbi büdcəsi üçün tələb edilən 700 milyard dolların 33 milyard dollar azaldılmasını tələb edib. Buna görə də, o, alternativlərin və HHQ strategiyasının yenidən gözdən keçirilməli olduğunu vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   HHQ  

NI: “ABŞ HHQ-nın daha çox bombardmançı təyyarə və tanka ehtiyacı var”

2018/12/15356-1544017076.jpg
Oxunub: 550     21:51     05 Dekabr 2018    