İranın ballistik raket sınaqlarının qarşısını almaq olarmı?

2018/12/c-8-1544016589.jpg
Oxunub: 256     19:57     05 Dekabr 2018    
İranın Orta Şərq və Avropaya qədər çata biləcək orta mənzilli ballistik raketlərini sınaqdan keçirməsi beynəlxalq aləmdə müzakirələrə səbəb olub. ABŞ-ın Dövlət katibi Mayk Pompeo bunun BMT TŞ-nin 2231 saylı qətnaməsinə zidd olduğunu bildirib. Sözügedən qətnaməyə görə, İran nüvə başlıqları daşıya biləcək ballistik raketlərlə bağlı heç bir fəaliyyət həyata keçirməməlidir.

Bundan sonra İran sınaq keçirdiyini qəbul etsə də, bunun qətnamə müddəaları ilə zidd düşmədiyini qeyd edib.

ABŞ-ın açıqlamalarından sonra Britaniya və Fransa da ballistik raketlərlə bağlı narahatlıqlarını dilə gətirərək bunu regionun sabitliyinə hədə törədən təxribat adlandırıblar. Məsələ ilə bağlı BMT TŞ-nin qapalı görüşü keçirilsə də, burda da heç bir nəticə əldə edilməyib.

Bəs İranın ballistik raketləri inkişaf etdirməsi və sınaqdan keçirməsinin qarşısını almaq olarmı?

Təhlükəsizlik Şurası Rusiyadan gələcək potensial vetoya görə heç bir addım ata bilmir. Çünki Rusiya İranın ballistik proqramında yaxından iştirak edib və onu tənqidlərdən qorumağa çalışır.

Regiondakı ölkələr isə sadəcə olaraq getdikcə artan təhlükəyə qarşı müdafiələrini gücləndirməyə çalışırlar. Hətta ötən həftə İran Körfəzi Əməkdaşlıq Şurası Riyadda konfrans təşkil edib. Konfransda İranın hazırkı silahlarından əlavə, Rusiya, Çin və Şimali Koreya ilə əməkdaşlıq edərək inkişaf etdirə biləcəyi silahlar müzakirə edilib.

Körfəz ölkələri BMT TŞ-yə müraciət edərək 2231 saylı qətnamənin nə qədər yerinə yetirildiyini təftiş etməsini istəyiblər.

Bütün bunlara baxmayaraq İran təhlükəsinin qarşısını alacaq konkret bir qərar qəbul edilməyib. ABŞ regionda qüvvələrini artıraraq, Britaniya Küveyt və Oman kimi ölkələrə hərbi qüvvələrini göndərərək, Körfəz ölkələri isə müdafiə sahələrini gücləndirərək İranın qarşısını almağa çalışır.

Sevinc Əliyeva
Ordu.az

Teqlər: İran   Ballistik-raket  

İranın ballistik raket sınaqlarının qarşısını almaq olarmı?

2018/12/c-8-1544016589.jpg
Oxunub: 259     19:57     05 Dekabr 2018    