Makedoniya 2020-ci ilə qədər NATO üzvü ola bilər

2018/12/matth-1544016269.jpg
Oxunub: 280     17:23     05 Dekabr 2018    
“Makedoniya əgər Prespa müqaviləsini implementasiya edərsə və Yunanıstan ilə onilliklər boyunca yaşanan mübahisəni həll edərsə, 2020-ci ilin ortalarında NATO-ya üzv ola bilər”.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Metyu Palmer jurnaslistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Makedoniya qarşıdakı 18 ay ərzində 30-cu NATO üzvü ola bilər.

Bunun real hədəf olduğunu bildirən Palmer, Rusiyanın Qərbi Balkan bölgəsində güclü təsiri olduğuna dair narahat olduğunu dilə gətirib.

“Makedoniyanın Avropa və Avro-Atlantik institutlarına inteqrasiya yolunda nə edə biləcəyi və ya nə edə bilməyəcəyi Rusiyanın qərarından asılı deyil. Makedoniya xalqının iradəsini pozmaq üçün səylər bölgədə sülh və təhlükəsizliyin pozulmasına gətirib çıxara bilər”, - |deyə Palmer əlavə edib.

İlkin Məmmədov
Ordu.az

Teqlər:

Makedoniya 2020-ci ilə qədər NATO üzvü ola bilər

2018/12/matth-1544016269.jpg
Oxunub: 283     17:23     05 Dekabr 2018    