Zakaryan Paşinyan haqqında: "Uşağın əlinə oyuncaq verirsən çölə atır"

2018/12/resiz-1544015095.jpg
Oxunub: 304     16:58     05 Dekabr 2018    
"KTMT Baş katibi vəzifəsi necə ikinci dərəcəli ola bilər? İkinci dərəcəli vəzifə idisə, o zaman niyə o qədər döyüşürdük. Niyə ölkələr bu vəzifəni rotasiya qaydasında tutur?".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan Müdafiə nazirinin sabiq müavini, parlamentin xarici siyasət daimi komissiyasının sabiq sədri Artak Zakaryan Paşinyanın KTMT ilə bağlı bəyanatını şərh edərkən bildirib.

Zakaryanın sözlərinə görə, Ermənistan KTMT-nin Baş katibliyə malik olmaq imkanını itirib.

"Bu isə o deməkdir ki, Ermənistanın sərhədlərinə təhdid olduğu halda kənar şəxslə işimizi qurmalıyıq. Bu isə həmin şəxsin harda nə baş verdiyini dərk edənədək, artıq vaxtın keçəcəyi mənasına gəlir. Yalnız şəxsi maraqlara xidmət edən və prosesi dərk etməyən şəxs deyə bilərdi ki, bu Ermənistan üçün ikinci dərəcəli məsələdir. Uşağın əlinə oyuncaq verirsən oynamağı bilmədiyinə görə çölə atır. Onlar bunun nə olduğunu dərk etmirlər və əhəmiyyətli deyil deyirlər", - deyə o Paşinyanı tənqid edib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər:

Zakaryan Paşinyan haqqında: "Uşağın əlinə oyuncaq verirsən çölə atır"

2018/12/resiz-1544015095.jpg
Oxunub: 305     16:58     05 Dekabr 2018    