Hindistan dəniz filotiliyasını gücləndirir: Yeni döyüş gəmiləri

2018/12/India-1543998163.jpg
Oxunub: 318     19:17     05 Dekabr 2018    
Hindistan Çin təhlükəsinə qarşı dəniz filotiliyasını genişləndirəcəyini və donanmaya 56 yeni döyüş gəmisi və 6 sualtı qayıq əlavə edəcəyini açıqlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İran Donanması Baş admiralı Sunil Lanba məlumat verib.

Məlumata görə, donanmanın hazırda 140 döyüş gəmisi və 220 təyyarəsi var, 30 gəmi isə tikilməkdədir. Yeni döyüş gəmiləri və sualtıların silahlanmaya daxil edilməsi Hindistan donanmasının 10 illik planı çərçivəsində həyata keçiriləcək. Qeyd edək ki, bu plana görə dəniz qüvvələrinə üçüncü aviadaşıyıcı da daxil olacaq.

“Hind okeanında Hindistan və Çin arasında güc balansı var, lakin Cənubi Çin dənizində Çin aşkar üstünlüyü qoruyur. Buna görə də müdafiə sahəsində islahatlar keçiririk”, - deyə admiral əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Hindistan   Çin   HDD  

Hindistan dəniz filotiliyasını gücləndirir: Yeni döyüş gəmiləri

2018/12/India-1543998163.jpg
Oxunub: 319     19:17     05 Dekabr 2018    