C. Koreya ordusunun 2019-cu ildə əsas vəzifələri müəyyən edilib

2018/12/18110-1544010948.jpg
Oxunub: 283     15:55     05 Dekabr 2018    
Cənubi Koreyanın Baş Qərargah rəisi gələn il üçün ölkə ordusunun əsas hərbi vəzifələri və hədəflərini açıqlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı Cənubi Koreya Baş Qərargah rəisi general Park Han-ki ordu komandirlərinin toplantısında iştirakı zamanı bildirib.

O, Koreya yarımadasında dəyişən təhlükəsizlik şəraitinə yönəlmiş hökumətin siyasətini dəstəkləmək üçün ordunu gələn il vəzifələrini sadiq olaraq yerinə yetirməyə çağırıb.

Şimali Koreya ilə olan müqaviləyə baxmayaraq ordunun daimi hazırlıq vəziyətində olması gərəkdiyini vurğulayan Baş Qərargah rəisi, ABŞ-la əlaqələrin yüksək səviyyədə qalacağını da vurğulayıb.

O, aktiv hərbi islahat, birgə müdafiə mövqeyi və ABŞ-dan müharibə dövründə operativ nəzarətin ötürülməsi üçün sistematik səylər nümayiş etdirməyi hədəf olaraq qarşıya qoyduqlarını da açıqlayıb.

İlkin Məmmədov
Ordu.az

Teqlər: Cənubi-Koreya   Müdafiə   İslahat  

C. Koreya ordusunun 2019-cu ildə əsas vəzifələri müəyyən edilib

2018/12/18110-1544010948.jpg
Oxunub: 286     15:55     05 Dekabr 2018    