Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə rəsmiləri “The Wall Street Journal”ına müsahibəsində bildiriblər.
ABŞ-ın müdafiə rəsmiləri qeyd ediblər ki, bu həftə sonuna qədər “USS John C. Stennis” aviadaşıyıcısı və onu müşayiət edən gəmilər Körfəz sularına göndəriləcək. Bu, son səkkiz ay ərzində regionda ilk belə hərbi varlığın nümayişi olacaq və İrana qarşı güc nümayişi xarakteri daşıyır.
Xatırladaq ki, İran sanksiyalardan sonra körfəzdən neft ixracını dayandırmaq barədə bir sıra açıqlamalar edib.
İlkin Məmmədov
Ordu.az