“İran nüvə başlıqlı raketlər hazırlamayacaq” - Qasımi

2018/12/photo-1543999305.jpg
Oxunub: 298     12:40     05 Dekabr 2018    
“İranın nüvə başlıqları daşıya bilən raketlər inkişaf etdirmək barədə heç bir planı yoxdur. Qərb ölkələrinin narahatlığı əsassızdır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasımi deyib.

Onun sözlərinə görə, Qərbin ittihamlarının məntiqi əsasları yoxdur və bunlar İranın siyasətindən qorxan müəyyən ölkələr tərəfindən ortaya atılır.

“Raketdən müdafiə proqramımız BMT TŞ qətnaməsinə heç bir ziddiyyət təşkil etmir. Bunun əksini iddia edənlər qətnamənin müddəaları ilə tanış deyillər, yaxud da gərginlik və təşviş yaratmaq istəyirlər”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

Teqlər: İran   Ballistik-raket   Qasımi  

“İran nüvə başlıqlı raketlər hazırlamayacaq” - Qasımi

2018/12/photo-1543999305.jpg
Oxunub: 301     12:40     05 Dekabr 2018    