BMT TŞ İranın ballistik raketləri ilə bağlı toplanıb

2018/12/479-1543992964.jpg
Oxunub: 313     10:54     05 Dekabr 2018    
BMT Təhlükəsizlik Şurasında İranın ballistik raketləri sınaqdan keçirilməsi məsələsi ilə bağlı qapalı görüş keçirilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.

O, İranda dekabrın 1-də keçirilən ballistik raket sınağının təxribat xarakterli olduğunu deyib.

“Bu sınaq təhlükəlidir, narahatedicidir, lakin təəccüblü deyil”, - deyə o əlavə edib.

İranın BMT missiyası isə ballistik raketlərlə bağlı bütün fəaliyyətlərin 2015-ci il TŞ qətnaməsi ilə uyğunluq təşkil etdiyini qeyd edib.

Britaniyanın BMT səfiri Karen Piers isə bu sınağın İranın regionda stabilliyi pozmaq cəhdlərinin bir parçası olduğunu və heç bir qanuni səbəbə dayanmadığını bildirib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: BMT   İran  

BMT TŞ İranın ballistik raketləri ilə bağlı toplanıb

2018/12/479-1543992964.jpg
Oxunub: 316     10:54     05 Dekabr 2018    