Niyə ənənəvi müharibə yox, informasiya müharibəsi? – ANALİZ

2018/12/LQ5CI-9263954328.jpg
Oxunub: 885     10:39     05 Dekabr 2018    
Gündəlik həyatımızda ən çox eşitdiyimiz ifadələrdən biri informasiya müharibəsidir. Televiziya, xəbər saytları və müxtəlif sosial şəbəkələr gündəlik olaraq informasiya müharibəsindən, onun iqtisadi, siyasi, hərbi və s. sahələrdə istifadəsindən danışır. ABŞ, Çin və Rusiya kimi nəhəng ölkələrin kəşfiyyat xidmətlərində pilotsuz uçuş aparatlarından istifadə etməsi, seçki kampaniyalarında müxtəlif vasitələrlə dezinformasiyaların yayılması və seçicilərə psixoloji təsir edilməsi, dövlət sirrlərinin saxlandığı kompüterlərə haker hücumlarının edilməsi informasiya müharibəsinin növlərindən yalnız bir neçəsidir.

Məqalədə informasiya müharibəsinin nə olduğuna və tarixinə aydınlıq gətirəcək, dövlətlər və digər aktorların niyə ənənəvi müharibəylə müqayisədə informasiya müharibəsinə üstünlük verdiyindən danışacağıq.

1970-ci illərin sonu və 1980-ci illərin əvvəlindən etibarən informasiya əsaslı əməliyyatlar sənayeləşmənin önünə keçərək sənaye cəmiyyətlərini informasiya cəmiyyəti halına gətirməyə başladı. Bu dəyişikliklər isə məcburi olaraq bir çox, xüsusilə də, hərbi sektorda doktrinaların dəyişməsini zəruri etdi.

XXI əsrdə əvvəlkindən daha sürətlə dəyişən və inkişaf edən texnologiyalar isə məlumatın istifadə edildiyi sahələrin artmasına səbəb oldu. Xüsusilə, hərbi strategiyalarda istər müdafiə, istərsə də hücum məqsədli istifadə edilən məlumat və kəşfiyyat əsaslı texnologiyaların artması və inkişafı "informasiya müharibəsi" anlayışının yaranmasına səbəb oldu.

1991-ci ildə ilk dəfə Körfəz müharibəsi zamanı istifadə edilən bu termin, günümüzdə, adətən, informasiya texnologiyaları mərkəzli olduğuna görə politoloqları və məzmununda döyüş texnikalarından istifadə edildiyinə görə isə hərbi ekspertləri maraqlandırır.

Riçard E. Heyz və Qari Vitley "Information Warfare and Deterrence" adlı məqalələrində informasiya müharibəsi terminin kibertəhlükəsizlik də daxil olmaqla bir çox sahədə istifadə edildiyini qeyd edirlər.

İnformasiya texnologiyalarının inkişafına paralel olaraq hərbi sahədə ölkənin milli infrastruktur sistemlərindən geniş istifadə edilməsi dövlət və özəl sektorların qabaqcıl texnologiya istehsalına başlamasına, bu isə öz növbəsində ənənəvi müharibənin öz yerini informasiya müharibəsinə verməsinə gətirib çıxarıb.

İnkişaf etmiş ölkələrdə informasiya ölkənin inkişafına müsbət təsir edərkən, bu ölkələr tərəfindən məlumatın təhdid ünsürü olaraq istifadə edilə biləcəyi sonradan başa düşülüb. Bu vəziyyətin anlaşılması ilə bərabər "informasiya müharibələri" termininin yaranması da çox uzun çəkməyib. Hazırda informasiya müharibəsi ilə bağlı hər hansı bir doktrina və üzərində razılaşdırılmış vahid sistemin olmamasına baxmayaraq, informasiya müharibələri çox qısa mənada, "milli maraqlara çatmaq üçün məlumatın istifadə edilməsi" kimi xarakterizə olunur.

İnformasiya müharibələrində ən güclü silah informasiya və dezinformasiyadır ki, bunlar da müharibənin formasını təyin edir. İnformasiya müharibəsində ən əhəmiyyətli məsələ ölkənin öz məlumat infrastrukturunu qoruyaraq düşmən qoşunlarının informasiya sistemlərini, məlumat mənbələrini və məlumat infrastrukturunu məhv edə bilməsidir.

Körfəz müharibəsini informasiya müharibəsinin beşikdəki dövrü adlandırmaq olar. Bu müharibədə yeni nəsil silahların istifadə edilməsi və 1990-cı illərdə baş verən Balkan əməliyyatları, informasiya sistemlərində ciddi bir irəliləyiş olduğunu ortaya qoydu. Məsələn, Körfəz müharibəsi zamanı ABŞ komandanlıq nəzarət mexanizmləri saniyədə 2400 bit informasiya təminatı edərkən, Bosniyada bu rəqəm saniyədə 23 milyon bitə çatıb. 1991-ci ildə bir saatda ötürülən məlumat, 1998-ci ildə bir saniyədə, hazırda isə saniyədən belə qısa müddətdə göndərilir.

İnformasiya müharibəsinin ən erkən istifadələrindən biri də 11 sentyabrda ABŞ-dakı hücumdan sonra Əfqanıstana edilən müdaxilə zamanı olub. “Intelligence Online” jurnalında ABŞ-ın Əfqanıstandakı əməliyyatlarında informasiya müharibəsi texnologiyalarından tam olaraq istifadə etdiyi və bunda müvəffəqiyyətli olduğu qeyd edilib.

İnformasiya müharibəsi üçün lazım olan məlumatların təhlilini daha asan edə bilmək üçün istifadə edilən resursların necə təsnif edildiyini bilmək lazımdır. Elmi tədqiqatçı Doroti informasiya müharibələri haqqında məlumat mənbələrini beş sinfə ayırıb: məlumata çatmaq üçün lazım olan vasitələr (containers), informasiyanı daşıya bilən vasitələr (transporters), məlumatı qəbul edən vasitələr (sensors), məlumatı qeyd edən vasitələr (recorders) və məlumatı analiz edən vasitələr (processors).

Strateji informasiya müharibəsi

İnformasiya müharibəsi və getdikcə mürəkkəbləşən beynəlxalq mühit ölkələri yeni strateji maraqların arxasınca qaçmağa və bu baxımdan özlərinə yeni strateji hədəflər qoymağa məcbur edib ki, bununla da, XXI əsrdə yeni bir konsepsiya olan "strateji informasiya müharibəsi" ortaya çıxıb.

Strateji informasiya müharibəsi bir ölkənin strateji hədəflərini nəzərə almağı, informasiya texnologiyalarının köməyi ilə milli məlumat instrastrukturunu (informasiya ehtiyatları, informasiya sistemləri, informasiya xidmətləri) qorumağı və düşmənlərin sözügedən sistemlərini məhv etməyi əhatə edir.

Strateji informasiya müharibəsinin yaranması özündə iki fərqli məqamı ehtiva edir:

Bunlardan birincisi, ölkənin malik olduğu informasiya texnologiyaları və kiber kosmos infrastrukturu, digəri isə o ölkənin ətrafında cərəyan edən beynəlxalq siyasi mühitə dair məsələlərdir. Birinci istiqamətdə informasiya texnologiyaları və kiber kosmos infrastrukturu informasiya müharibəsini yaradarkən, ikinci hissədə Soyuq Müharibə sonrası beynəlxalq münasibətlər, ölkələrin siyasətləri və müharibələri strateji müharibələri yaradır. Məhz bu iki hissənin, yəni strateji müharibə ilə informasiya müharibəsinin kəsişdiyi nöqtə strateji informasiya müharibəsi konsepsiyasını meydana gətirir.

Strateji informasiya müharibəsini daha yaxşı başa düşmək üçün onun elmi tədqiqatçılar Molander və Riddile tərəfindən müəyyən edilmiş 5 xüsusiyyətinə baxaq:

1. İnformasiya müharibəsinə başlamağın “maya dəyəri”nin az olması: Strateji informasiya müharibəsinin başladılması üçün əvvəlcə çox güclü iki faktora ehtiyac var. Bunlardan birincisi, mikrokompüterlər, digəri isə bu mikrokompüter əlaqələrini və kommunikasiyanı təmin edən mürəkkəb və sürətli ünsiyyət sistemləridir. Hazırda kibertəhlükələr getdikcə artdığına görə bu cür kompüter və sistemlər çox say və çeşiddə istehsal olunur ki, bu da onların qiymətlərinin aşağı düşməsinə gətirib çıxarır. Beləliklə, hər hansı bir dövlət, təşkilat və ya qeyri-leqal aktorun lazımi bilik və bacarığı varsa asanlıqla informasiya müharibəsinə daxil ola bilər.

2. Sərhədlərin qeyri-müəyyənliyi: Ənənəvi müharibələrdən fərqli olaraq informasiya müharibələrində ölkə sərhədlərinin, hüquqi və bürokratik quruluşunun əhəmiyyəti qalmayıb. Ənənəvi müharibədə hücum edilən ölkə hansı ölkə tərəfindən hücuma məruz qaldığını bilirdisə, informasiya müharibəsində bunu təyin etmək o qədər də asan deyil.

3. Yeni strateji kəşfiyyat modellərinin formalaşması: Düşmənin niyyətini və planlarını öyrənmək məqsədilə həyata keçirilən klassik strateji kəşfiyyat, kəşfiyyat məlumatı toplama və analiz etmə ilə məhdudlaşır. Bundan başqa, dövlətlər potensial təhdidlərin təbiətinin sürətlə dəyişdiyinə görə təhdidlərin istər coğrafi, istərsə də virtual mühitdə yerlərinin müəyyənləşdirilməsində çətinliklə üzləşirlər. Bu çətinlikləri aşmaq üçün isə yeni strateji kəşfiyyat modelləri üzərində işləmək lazım olur.

4. Taktiki xəbərdarlıq etmək və hücumları anlamağın çətinliyi: Strateji informasiya müharibəsində taktiki hücumların müəyyən edilməsi ifrat dərəcədə çətindir. Çünki, məlumatın düzgün informasiya, yoxsa dezinformasiya olduğunu və hücum baş tutmadan əvvəl onun hücum olduğunu müəyyən etmək mümkün deyil. Buna görə də hücumlardan əvvəl xəbərdarlıq edilməsi və zəruri tədbirlər görülməsi çətinləşir.

5. Müttəfiqlik qurmağın çətinliyi: Strateji informasiya müharibələri nəticəsində dövlətlərin hər hansı bir qarşıdurma vəziyyətində istər regional, istərsə də beynəlxalq bir koalisiyaya daxil olması çətinləşir. Bu cür müharibədə təcavüz edən tərəflər bir-birlərinin xarakterlərini müəyyən etmədə çətinliklər çəkir. Çünki hər nə qədər müttəfiq kimi görünsələr də, hər ölkənin milli təhlükəsizlikləri üçün bir-birindən gizlətdikləri məlumatlar mövcuddur. Bu səbəblə, müttəfiq olaraq strateji informasiya müharibəsinə girmək digər ölkələrdən dolayı yolla və ya birbaşa asılı olmaq anlamına gələ bilər.

Strateji informasiya müharibəsinin xüsusiyyətlərini təşkil edən bu beş faktor bir ölkənin milli informasiya strukturuna qarşı yönəldiləcək hücumlar və nəticələrinin nələr ola biləcəyindən xəbər verir. Buna görə yüksək texnologiyalara sahib olan bir ölkə kiber hücumlar nəticəsində yaranan təhdidlərə qarşı hazırlıqlı olmalı və bu məsələdə təhlükəsizlik siyasətini yenidən nəzərdən keçirməlidir.

Sevinc Əliyeva
Yazı Ordu.az-a məxsusdur

Teqlər: SİM   İnformasiya-müharibəsi  

Niyə ənənəvi müharibə yox, informasiya müharibəsi? – ANALİZ

2018/12/LQ5CI-9263954328.jpg
Oxunub: 886     10:39     05 Dekabr 2018    