Gürcüstan XİN rəhbəri Stoltenberqlə görüşüb

2018/12/08396-1543989036.jpg
Oxunub: 241     09:49     05 Dekabr 2018    
Dünən, Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani NATO-nun Baş katibi Yens Stoltenberqlə Brüsseldə görüşüb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, onların görüşü NATO Xarici İşlər nazirlərinin görüşü zamanı baş tutub.

Görüşdən sonra Zalkaliani qeyd edib ki, Gürcüstan Stoltenberqdən müsbət dəyərləndirmələr alıb.

“Hətta görüşdən əvvəl Gürcüstanın Avro-Atlantik alyansa inteqrasiyası ilə bağlı müsbət fikirlər eşidirdik. Müdafiə, təhlükəsizlik, demokratikləşmə və dövlət institutlarının gücləndirməsi sahələrində gördüyümüz islahatlar təqdir edilir. Stoltenberqlə görüşümüzdə Gürcüstanın alyansa üzvlük üçün lazım olan bütün vasitələrə sahib olduğunu bir daha təsdiqlədik”, - deyə nazir əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Gürcüstan   NATO  

Gürcüstan XİN rəhbəri Stoltenberqlə görüşüb

2018/12/08396-1543989036.jpg
Oxunub: 244     09:49     05 Dekabr 2018    