Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.
“NATO Vaşinqtonun 60 günlük ultimatumunu dəstəkləyir. Rusiya müqaviləyə qayıtmasa, alyansın qüvvələri müqaviləsiz bir dünya üçün hazırlaşmağa başlayacaq”, - deyə Stoltenberq vurğulayıb.
Qeyd edək ki, bu müzakirələr Rusiyanın öz ərazisində ortamənzilli raket yerləşdirməsindən sonra gündəmə gəlib.
“Ümid edirəm Si və Putin silahlandırmanı dayandırmaq üçün müzakirələrə başlayacaqlar, ABŞ bu il müdafiə üçün 716 milyard dollar xərcləyib, bu dəhşətdir!”, - deyə hadisələrdən sonra ABŞ prezidenti Donald Tramp öz “Twitter” hesabında paylaşıb.
Sevinc Əliyeva
Ordu.az