Su-25 təyyarəsinin qəza yerindən görüntülər YAYIMLANIB

2018/12/16026-9263924130.jpg
Oxunub: 1028     09:22     05 Dekabr 2018    
Xəbər verdiyimiz kimi, dünən saat 10:20 radələrində gündəlik hazırlıq planına uyğun olaraq, təlim uçuşu həyata keçirən Ermənistan Silahlı Qüvvələrinin Su-25 tipli döyüş təyyarəsi ilə əlaqə kəsilib. Ermənistan Müdafiə Nazirliyinin açıqlamasına görə, döyüş təyyarəsi təlim uçuşu üzrə marşruta Gümrü hava limanından saat 10:06-da çıxıb.

Daha sonra məlum olub ki, Su-25 döyüş təyyarəsinin axtarış xilasetmə tədbirləri Şirak vilayətinin Artik və Maralik ərazisində, o cümlədən ətraf kəndlərdə aparılıb. Polis və hərbçilərin cəlb edildiyi axtarışlar nəticəsində rabitə əlaqəsi kəsilən Su-25 döyüş təyyarəsi Maralik ərazisində, dağlarda aşkar edilib.

Hadisə yerində pilotlar polkovnik-leytenant Armen Babayan və mayor Movses Manukyanın cəsədləri aşkar edilib.

Ordu.az xəbər verir ki, "Sputnik Armenia" agentliyinin əməkdaşı hadisə yerindən qəzaya uğrayan qırıcı təyyarənin qalıqlarının fotoşəkillərini paylaşıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Su-25   Qəza   Ermənistan  

Su-25 təyyarəsinin qəza yerindən görüntülər YAYIMLANIB

2018/12/16026-9263924130.jpg
Oxunub: 1029     09:22     05 Dekabr 2018    