Ölən erməni pilotlar haqqında yeni məlumatlar - FOTOLAR

2018/12/23423-1543927968.jpg
Oxunub: 4235     16:34     04 Dekabr 2018    
Xəbər verdiyimiz kimi, bu gün saat 10:20 radələrində gündəlik hazırlıq planına uyğun olaraq, təlim uçuşu həyata keçirən Ermənistan Silahlı Qüvvələrinin Su-25 tipli döyüş təyyarəsi ilə əlaqə kəsilib. Ermənistan Müdafiə Nazirliyindən yayılan açıqlamaya görə, döyüş təyyarəsi təlim uçuşu üzrə marşruta Gümrü hava limanından saat 10:06-da çıxıb.

Daha sonra məlum oldu ki, Su-25 döyüş təyyarəsinin axtarış xilasetmə tədbirləri Şirak vilayətinin Artik və Maralik ərazisində, o cümlədən ətraf kəndlərdə aparılıb. Polis və hərbçilərin cəlb edildiyi axtarışlar nəticəsində rabitə əlaqəsi kəsilən Su-25 döyüş təyyarəsi Maralik ərazisində, dağlarda aşkar edildi.

Erməni pilotlar polkovnik-leytenant Armen Babayan və mayor Movses Manukyan qəza ərazisində ölü olaraq aşkar edildi. Qəza nəticəsində ölən 31 yaşlı mayor Movses Manukyan pilotlar nəslindən olub. Onun valideynləri, ata babası, əmisi, əmisi oğlu pilotdur.

Vaxtilə “Hay Zinvor” jurnalı onun atası Qevork Manukyan və özü barədə məqalə hazırlayıb.

Qevork Manukyan təcrübəli pilotdur. İrəvanda doğulub və Stavropol təlim aviasiya mərkəzində oxuyub, 1992-ci ildən erməni ordusunda xidmət edib. Polkovnik-leytenant Manukyan müxtəlif mükafatlara layiq görülüb. O qeyd edib ki, hər şey atası ilə başlayıb. Hazırda atasının 90 yaşı var və mülki aviasiyada işləyib.

Qevork Manukyan deyib ki, arvadı Alla Becanyan da idmançı pilotdur. O, idman təyyarələri ilə uçur. Manukyan oğlunun pilot olmasına hər hansı vasitə ilə təsir göstərmədyini bildirib. Oğlu Movses Manukyanın öz istəyi əsasında pilot olduğunu qeyd edib.

Helikopter hərbi hissəsinin qərargah rəisi mayor Aşot Manukyan da Qevork Manukyanın qardaşıdır. Qevorqun qardaşının oğlu Mikayel Manukyan da pilotdur.

Xatırladaq ki, bu gün baş vermiş təyyarə qəzasında 1-ci dərəcəli pilot, polkovnik-leytenant Armen Slavikoviç Babayan və 3-cü dərəcəli pilot mayor Movses Qevorkoviç Manukyan ölüblər.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Su-25   Ermənistran   Qəza  

Ölən erməni pilotlar haqqında yeni məlumatlar - FOTOLAR

2018/12/23423-1543927968.jpg
Oxunub: 4236     16:34     04 Dekabr 2018    