B-52 bombardmançıları Avstraliya silahlanmasına daxil olub

2018/12/18112-1543921323.jpg
Oxunub: 555     14:52     04 Dekabr 2018    
ABŞ istehsalı 2 ədəd “B-52 Stratofortress” bombardmançı təyyarə, dəstək heyəti ilə birlikdə Avstraliya HHQ “Darwin” bazasında silahlanmaya daxil edilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ HHQ generalı Stefan Uilyams məlumat verib.

Məlumata görə, bu təyyarələr “Genişləndirilmiş Hava Əməkdaşlığı” razılaşmasının tərkib hissəsidir və ABŞ-Avstraliya qüvvələrinin birgə əməliyyat aparmaq bacarıqlarının artırılmasına yönəldilib.

Uilyams qeyd edib ki, B-52-lərin “Darwin” bazasında xidmətə verilməsi ABŞ və Avstraliyaya Sakit Okean regionunda təhlükəsizlik və stabilliyi təmin etmək üçün birlikdə çalışmağa imkan verəcək.

Sevinc Əliyeva
Ordu.az

Teqlər: ABŞ   Avstraliya   B-2  

B-52 bombardmançıları Avstraliya silahlanmasına daxil olub

2018/12/18112-1543921323.jpg
Oxunub: 556     14:52     04 Dekabr 2018    