Buenos-Ayresdə G20 zirvəsi: Salman, yoxsa "Twitter" daha maraqlı idi?

2018/12/3-1543836182.jpg
Oxunub: 705     15:18     03 Dekabr 2018    
G20-yə ABŞ, Avstraliya, Braziliya, Böyük Britaniya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə, Fransa, Cənubi Koreya, Cənubi Afrika, Yaponiya və Avropa İttifaqı daxildir. Onlar dünyanın 20 ən böyük milli iqtisadiyyatını təşkil edir.

Burada Avropa İttifaqı, Avropa Komissiyasının sədri və Avropa Şurasının prezidenti tərəfindən təmsil olunur. Bundan əlavə, G20 zirvəsinin iclaslarında Beynəlxalq Valyuta Fondu, Dünya Ticarət Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı, Maliyyə Sabitliyi İdarəsi və Dünya Bankı kimi müxtəlif beynəlxalq təşkilatların nümayəndələri də yaxından iştirak edirlər. G20 dünya ümumdaxili məhsulunun 85%-ni, dünya ticarətinin 75%-ni (Aİ daxilində ticarət də daxil olmaqla) və dünya əhalisinin üçdə ikisini təmsil edir.

G20 sammitinə hazırlıq

Dünya liderlərinin toplantısı ərəfəsində Argentinanın paytaxtı Buenos-Ayresin küçələrində xüsusi çəpərlər quraşdırıldı, polis patrul xidməti gücləndirildi, ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırıldı.

Argentina hakimiyyəti çərşənbə axşamından başlayaraq şənbə gününə, yəni G20 liderlərinin sammitinin sonuna qədər Argentinanın paytaxtının əhəmiyyətli bir hissəsinin təhlükəsizlik məqsədilə təmamilə bağlanılması ilə əlaqədar öncədən məlumat yaydı. Polis məmurları səfirliklərin mühafizəsini gücləndirdi. Argentinadakı zirvə toplantısına ilk olaraq Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi şahzadə Məhəmməd bin Salman Əl Səud gəldi. Buenos-Ayresdəki krallığın səfirliyinə gələn avtomobil karvanının keçməsi üçün bir neçə küçə və avtomagistralın bağlanması şəhərdə əlavə tıxaclara səbəb oldu. Diplomatik nümayəndəlik yaxınlığında da mühafizə səddləri yaradıldı.

5 milyon dollarlıq kibertəhlükəsizlik

G20 zirvəsinin kibertəhlükəsizliyi, sammit üzvü olmayan İsrail tərəfindən təmin edildi. Yerli mətbuatın verdiyi məlumata görə, bir il əvvəl Argentinanın Müdafiə Nazirliyi kibertəhlükəsizlik xidmətlərini təmin etmək üçün İsrail tərəfi ilə müqavilə imzalayıb.

5 milyon dollar dəyərində olan bu müqavilə informasiya təhlükəsizliyi sahəsində fövqaladə vəziyyətlərdə CERT və CSIRT adlı iki çevik qrupun dərhal reksiya verməsini ehtiva edirdi.

Gözdən uzaq

Noyabrın 30-da açılacaq zirvə görüşü Buenos-Ayresin mərkəzindən nisbətən uzaqda yerləşən La Plata körfəzinin sahilində yerləşən "Costa Salguero" Sərgi Mərkəzində keçirildi. Dünya liderlərinin görüş yeri "Jorge Newbery" hava limanının yaxınlığında yerləşirdi ki, aeroport da zirvə görüşü günlərində yalnız rəsmi nümayəndə heyətlərinin təyyarələri üçün açıq oldu. Sərgi mərkəzinin yüksək çinli qonaqların qəbulu üçün tam hazır vəziyyətə gətirilməsinə nəzarət kifayət qədər ciddi idi.

Girişdə vəzifələrini yerinə yetirən bir neçə polis maşını müşahidə olunurdu və onlar əvvəlcə hətta akkreditə olunan jurnalistlərin əraziyə girməsinə icazə vermirdi. "Costa Salguero" ilə bitişik bütün ərazilər avtomobillərə və yoldan keçənlərə 29 noyabr saat 21:00-dan, 1 dekabr saat 22: 00-a qədər (yerli vaxtla) bağlı qaldı. Hərəkət, gələn nümayəndə heyətinin üzvlərinin qalacağı otellərin və sammit iştirakçıları üçün qala gecəsinin keçiriləcəyi Colon teatrının yerləşdiyi mərkəz ərazilərdə də məhdudlaşdırıldı.

Metrosuz istirahət günü

Məhdudiyyətlər də ictimai nəqliyyata təsir etdi. Sammitin iki günü ərzində şəhərdə metro çalışmadı, dəmir yolu və avtobus stansiyaları bağlandı. Şəhərdəki avtobusların marşrutları dəyişdirildi. Kommersiya uçuşları üçün, Buenos-Ayresdə üç hava limanından yalnız biri açıq oldu.

Vətəndaşların həyatını asanlaşdırmaq üçün, Argentina rəhbərliyi 30 noyabr gününü istirahət günü elan etdi.

"Buenos Aires xalqına məsləhətimiz uzun bir həftə sonundan istifadə edərək harasa getməkdən ibarətdir", - deyə təhlükəsizlik naziri Patrisiya Bullriç yerli televiziyada bildirdi.

Dolu oteller

Buenos-Ayres küçələrində keçirilən zirvə ərəfəsində xarici dildə dialoqlar daha tez-tez eşidildi. Argentinanın Turistlər Palatasının məlumatında zirvə günlərində şəhərin beşulduzlu otellərində bütün otaqların dolduğu qeyd olunurdu. Qiymətinə görə daha əlverişli otellərdə də demək olar ki, heç bir yer boş qalmadı.

Buenos-Ayres Ticarət və Sənaye Federasiyasının hesablamalarına görə, zirvə paytaxtdakı otellərə 5.2 milyon dollar gəlir gətirib.

Qaçılmaz etirazlar

Bullriçin sözlərinə görə, zirvə toplantısının təhlükəsizliyini 22 minə yaxın hüquq-mühafizə orqanının əməkdaşı təmin etməli idi. Zirvə toplantısında təşkil ediləcək etirazların səlahiyyətlilər üçün problem qaynaqlarından biri olacağı gözlənilirdi. Nazir də əvvəlcədən bu nümayişlər barədə bir neçə xəbərdarlıq aldıqlarını təsdiq etmişdi.

Argentinadakı etiraz aksiyaları tez-tez baş versə də iğtişaşlar qeydə alınmadı. Lakin keçən il Buenos-Ayresdə polislə nümayişçilər arasında qarşıdurmalarla sona çatan bir neçə hökumət əleyhinə nümayişlər keçirilib. Belə vəziyyətlərin qarşısını almaq üçün hakimiyyət orqanları bütün ictimai və siyasi hərəkatlara əvvəlcədən müraciət edərək onlardan aksiyaların dinc şəkildə keçirilməsini xahiş edib.

Siyasətsiz zirvə

Bu zirvə toplantılarında adətən siyasi məsələlərin geniş planda müzakirəsi keçirilmir. Zirvə toplantısının ilk iclası dünya iqtisadiyyatının vəziyyətinə, xüsusilə ÜTT-nin yenidən təşkil edilməsinə həsr olundu. Sammit zamanı G20 ölkələrinin liderləri rəqəmsal çevrilmə ilə bağlı məşğulluq sisteminə yanaşmaların necə dəyişəcəyini müzakirə etdilər. Sammit iştirakçıları gender bərabərliyi, qadınlar və kişilər arasında təhsil və mülkiyyətə sahib olma bərabərliyi barədə də danışdılar.

Növbəti görüş makroiqtisadi siyasətin, maliyyə tənzimlənməsinin, vergi islahatlarının və ticarət məsələlərinin əlaqələndirilməsinə həsr olundu. Zirvə toplantısının ikinci günü - 1 dekabr - davamlı inkişaf və iqlim məsələlərinə, digər bir toplantı, dünya iqtisadiyyatının böyüməsi üçün lazım olan əsaslara: enerji, infrastruktur və ərzaq təhlükəsizliyinə həsr olundu. Müzakirənin ardından yekun bəyannamə qəbul edildi.

Müzakirə mövzuları

Zirvə əsasən iqtisadi məsələlərə həsr edilsə də, siyasətçilərin sammitində siyasətin unudulması mümkün olmur. G20 zirvəsinin qeyri-rəsmi və ikitərəfli görüşlərində müzakirə olunacaq prioritet məsələlər aşağıdakılardan ibarət idi:

- Kerç boğazı ətrafında Rusiya və Ukrayna arasındakı gərginlik, Ukrayna hərbçilərinin və gəmilərinin ruslar tərəfindən saxlanılması;
- Səudiyyə Ərəbistanının İstanbuldakı Konsulluğunda jurnalist Camal Qaşıqçının öldürülməsi və hələ də meyitinin tapılmaması;
- Suriya və Yəməndə vəziyyət;
- ABŞ-ın Çin və Aİ ölkələri ilə "ticarət müharibəsi";
- Orta və yaxın mənzilli raketlər haqqında müqavilə ətrafında müzakirə.

Belə bir gündəliyin olması digər regional geosiyasi məsələlərin ümumiyyətlə qaldırılmayacağı demək deyil. Azov dənizindəki hadisə ilə əlaqədar G20 zirvəsi zamanı bir çox ölkələr Rusiyaya təzyiq göstərməyə cəhd etdilər. Donald Trumpın Azov dənizində münaqişənin mövzusunu qaldıracağı təəccüblü olmadı. Ukraynanın özü G20 liderlərinin sammitində Rusiyada ukraynalı siyasi məhbusların azad edilməsinə istiqamətlənən bir sıra PR tədbirləri keçirdi.

G20 çərçivəsində olduqca geniş bir gündəmlə qlobal iqtisadiyyatın qarşı-qarşıya qaldığı təhdidlər, qlobal iqtisadi vəziyyət, dünya iqtisadiyyatındakı mümkün risklərin aradan qaldırılması ilə bağlı atılacaq addımlar müzakirə edildi. Ticarət mövzusu, o cümlədən son dövrdə ABŞ-ın təktərəfli atdığı addımlar da nəticəsiz olaraq müzakirə edildi.

Görüşlər

Türkiyə ilə Argentina arasında siyasi əlaqələrin təməli, 1910-cu ildə Osmanlı Dövləti ilə Argentina arasında ilk konsulluq protokolunun imzalanması ilə başlayıb. Türkiyə Respublikasının qurulması nəticəsində Argentina ilə 1926-cı ildə Romada imzalanan dostluq müqaviləsi dostluq əlaqələrinə rəsmiyyət qazandırmaqla daha da möhkəmləndirildi.

ABŞ və Türkiyə prezidentlərinin görüşü rəsmən sammit başlamadan öncə, noyabrın 29-da baş tutmalı idi, lakin Tramp Ərdoğanla görüşdən imtina etdi. Beləliklə, Türkiyənin ABŞ-la Suriya və Münbic probleminin müzakirəsi baş tutmadı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, G20 zirvəsində "Ədalətli və davam etdirilə bilən gələcək" toplantısı başlamadan əvvəl ABŞ prezidenti ilə ayaqüstü salamlaşdı.

Ərdoğan daha sonra Cənubi Afrika Prezidenti Cyril Ramaphosa, Çin prezidenti Si Tsinpinq və Hollandiya Baş naziri Mark Ruttla görüşdü.

Türkiyə prezidentinin Rusiya və Ukrayna arasındakı gərginliyi aradan qaldırmaq üçün vasitəçilik edəcəyi və hər iki ölkə başçısı ilə dekabrın 1-də görüşəcəyi gözlənilirdi. Lakin Rusiya ilə görüşün keçirilməsi baş tutsa da, Ukrayna lideri ilə rəsmi görüş keçirilmədi.

G20 zirvəsi çərçivəsində ABŞ prezidenti D. Trampın Meksika, Argentina və Çin liderləri, Kanada, Yaponiya Baş nazirləri və Almaniya kansleri ilə görüşləri əvvəlcədən gözlənilirdi. Trampın, Putin və Ərdoğanla gözlənilən görüşdən "Twitter" üzərindən imtina etməsi də yaddaşlara həkk olundu.

ABŞ və Çin liderlərinin görüşü, iki nəhəng ölkə arasındakı ticarət müharibəsini gələn ilin yanvarın 1-dən etibarən 90 gün müddətinə təxirə saldı.

Trampın Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Şahzadə Məhəmməd bin Salman Əl Səuda salam verməməsi də diqqətdən yayınmadı. Lakin vəliəhd İngiltərə, Fransa, İtaliya, Rusiya, Çin, Hindistan, İndoneziya, Cənubi Koreya, CAR, Meksika rəhbərləri ilə görüşdü.

ABŞ və Rusiya prezidentlərinin Argentina zirvə toplantısındakı görüşünün, Kerç boğazındakı hadisələrin müzakirəsi əlavə olunmaqla, Helsinkidə keçirilən zirvənin - təhlükəsizlik, silahlara nəzarət, regional məsələlər və Yaxın Şərq problemlərinin müzakirəsi - davamı olacağı gözlənilirdi. Lakin Tramp Rusiya tərəfindən Ukraynanın 3 gəmisinin və 24 nəfər hərbçisinin Kerç boğazında ələ keçirilməsini və Ukrayna limanlarının bağlanılmasına görə Putinlə görüşdən imtina etdi.

Əslində görüşüb ortaq bir məxrəcə gələcəkləri də real deyildi. Görüşdə ABŞ-ın Rusiya ilə nüvə silahlarına nəzarət haqqında müqavilədən imtina etməsi planlaşdırırdı. Krım və İran məsələsində irəlləyiş gözlənilmirdi. Tramp daha öncə "Twitter" səhifəsində, Vaşinqtonun Rusiya və Çinin davranışlarını dəyişdirməyəcəyi təqdirdə nüvə silahlarının ehtiyatlarını artıracağı barədə yazmışdı. Bunun isə yeni sanksiya və məhdudiyyətlər gətirəcəyi istisna deyildi. Rusiya birjaları dərhal bu hadisəyə adekvat reaksiya göstərdi.

Rusiya ABŞ tələblərinin kiçik bir hissəsini belə yerinə yetirməyə hazır deyil, çünki bu tələblərin əksəriyyəti Kremlin "qırmızı xəttlər"ini təşkil edir. Buna görə də görüşün olmasından olmamağı, yəni görüş xatirinə görüşün olmaması daha məqsəduyğundur.

Xatırladım ki, oktyabrda Parisdə də planlaşdırılan iki prezidentin görüşü eyni uğursuz taleyi yaşamışdı. Digər tərəfdən Makron da baş tutmayacaq bu görüşə etiraz etmişdi. Trampla görüşməyə nail ola bilməyən Türkiyə və Rusiya prezidentləri bu dəfə öz aralarında ekspromt görüş təşkil etməyə razılıq verdilər.

G20 zirvəsinin başlanğıcında Argentinaya gələn Rusiya prezidenti ABŞ prezidenti ilə görüşə bilməsə də, bir neçə digər əhəmiyyətli görüşlər keçirdi. Putinin Rusiyadan xüsusi təyyarə ilə gətirdiyi "Auris" avtomobili ilə hərəkət etməsi diqqətdən yayınmadı.

G20 zirvə toplantısının son günündə Türkiyə və Rusiya prezidentləri Suriya problemini müzakirə etdilər və İdlibin silahsızlandırılması barədə razılıq əldə olundu.

İki həftə öncə Sinqapurda görüşən Yaponiya Baş naziri Şinzo Abe ilə Vladimir Putin yenidən görüşdülər. İntensiv tempdə davam edən isti münasibətlər Yaponiyanın əzəli torpaqlarının Rusiya nəzarətindən azad ediləcəyinə və iki ölkə arasında sülh müqaviləsinin imzalanacağına ümidləri artırır.

Putinin Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Salmanla görüşündə neft hasilatının azaldılması barədə razılıq əldə olundu.

Zirvə toplantısı ərəfəsində BRICS dövlət başçılarının toplantısı keçirildi. Toplantıda Putin, Tsinpinqlə ikitərəfli görüş keçirdi. Həmçinin noyabrın 30-da Rusiya, Hindistan və Çin liderlərinin üçtərəfli görüşü keçirildi.

Almaniya hökumətinin "Twitter" səhifəsində kansler Angela Merkel və Vladimir Putinin Buenos-Ayresdəki G20 sammiti çərçivəsində Suriyadan əlavə Ukrayna-Rusiya münasibətləri, Krım, Donbas, Azov dənizi və Kerç boğazındakı vəziyyətin müzakirə edildiyi qeyd olunurdu.

Hələ sammitdən öncə Fransa prezidenti Makron "Türkiyə və Səudiyyə Ərəbistanında aparılan istintaqın davam etməsini, hadisənin işıqlandırılmasını və beynəlxalq cəmiyyətin bu prosesə daxil olmasını istəyirəm" ifadələrindən istifadə edərək, Yəməndə ilk növbədə humanitar yardımların sürətli bir şəkildə əhaliyə çatdırılması, müharibənin bitməsi və siyasi prosesin başlamasının vacibliyini vurğulayaraq, Salmanla görüşəcəyinin anonsunu vermişdi.

Böyük Britaniyanın Baş naziri Tereza Mey, Salmanla görüşərək jurnalist Camal Qaşıqçının öldürülməsi səbəblərinin sona qədər araşdırılmasının əhəmiyyətini vurğuladı.

ABŞ Dövlət katibi Mayk Pompeo, Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adel Əl-Cubeir ilə G20 zirvəsində bir araya gələrək bir sıra regional və ikitərəfli məsələləri müzakirə etdilər. Əsas müzakirələrin ana xəttini Qaşıqçının öldürülməsi və meyitinin gizlədilməsi təşkil edirdi. Tərəflər Yəmən münaqişəsini də müzakirə etdilər. Xatırladaq ki, artıq bəzi ölkələr məsələ ilə bağlı Səudiyyə Ərəbistanına qarşı sanksiyalar tətbiq edib.

Rusiya prezidentinin vəliəhdlə xüsusi jestlə görüşməsi də yaddaşlarda uzun müddət qalacaq.

G7 ölkələrinin xarici işlər nazirləri: Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ, Aİ Ali Komissarı ilə birlikdə Kerç körfəzindəki hadisəni müzakirə edərək, Rusiyanın fəaliyyətləri ilə əlaqədar olduqca narahat olduqlarını, onun hərəkətlərinin "gərginliyi təhlükəli dərəcədə gücləndirdiyini" ifadə etdilər. Polşa və Böyük Britaniya isə Rusiyaya qarşı sanksiyaları gücləndirməklə daha sərt addımların atılmasını tələb etdi.

Sammitin yadda qalan ilkləri və nəticələri

Bu sammit dünyanın iki ən böyük nüvə ölkə rəhbərinin görüşünün "Twitter" üzərindən ləğv edildiyi ilk sammit kimi yaddaşlarda qalacaq. Digər maraqlı məqam Almaniya kanslerinin təyyarəsinin nasazlığı səbəbindən sammitə ikinci gündən qatılmasına baxmayaraq, Argentina küçələrini piyada gəzməsi, Palermo rayonunda restoranda yerli əhali ilə bərabər şam etməsi və sadə insanlarla şəkil çəkdirib ünsiyyət qurmağa vaxt tapmasından ibarət oldu.

Sammitin yekununda iştirakçı ölkələrin liderləri, Ümumdünya Ticarət Təşkilatında (ÜTT) islahatların aparılması, iqtisadi inkişafa nail olmaq üçün bütün siyasi vasitələrdən istifadə edilməsi, qaçqınlığın meydana gəlmə səbəblərinin aradan qaldırılması (?) və məcburi köçkünlərə humanitar yardımın göstərilməsi üçün birgə işləməyin zəruriliyini təsdiqləyən yekun bəyannamə qəbul etdilər. Bununla yanaşı, ölkələr Paris İqlim Sazişinə bağlı olduqlarını dilə gətirdilər.

Əslində, bu bəyannaməni konkret xarakterli sənəd də hesab etmək olmaz. Yığıldılar, danışdılar, bəyannamə imzaladılar. Bu bəyannamənin nəyisə dəyişəcəyi o qədər də inandırıcı deyil. Dünyanın aparıcı dövlətlərinin bir çox məsələlərdə fərqli mövqelərə sahib olması, bu tip beynəlxalq platformaların effektivliyinin azalmasına səbəb olub.

Növbəti sammit 2019-cu ildə Yaponiyanın Osaka şəhərində keçiriləcək.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: G20   Argentina   Rusiya   ABŞ   Ərəbistan   Türkiyə  

Buenos-Ayresdə G20 zirvəsi: Salman, yoxsa "Twitter" daha maraqlı idi?

2018/12/3-1543836182.jpg
Oxunub: 706     15:18     03 Dekabr 2018    