Rusiya və Ukrayna ordularının müqayisəsi: Silahlı Qüvvələr müharibəyə necə hazırlaşır?

2018/11/15040-6173921964.jpg
Oxunub: 1018     12:34     29 Noyabr 2018    
2014-cü ildə baş verən müharibədən sonra Rusiya və Ukrayna arasında yaşanan ən gərgin anlardan biri bir neçə gün əvvəl meydana gəldi. Hadisə nəticəsində Rusiya özünün su sərhədlərini pozduğunu iddia etdiyi üç Ukrayna gəmisini ələ keçirdi.

Lakin 4 illik fasilədən sonra iki ölkə arasında gərginliyin yüksəlməsi yenidən onların silahlı qüvvələri arasındakı müqayisəni də gündəmə gətirib.

1990-cı illərin əvvəlində Sovet İttifaqının dağılmasından sonra Ukrayna 5000 nüvə silahı ilə baş-başa qalaraq dünyanın ən böyük üçüncü nüvə arsenalına sahib ölkə statusunu əldə etdi. Yeni müstəqilliyini əldə etmiş dövlət bu silahların saxlanması üçün yetərli texnologiyaya sahib deyildi. Rusiya ilə sülhün qorunması məqsədilə o, kütləvi qırğın silahlarının əksəriyyətini ona təhvil verdi, geri qalanını isə sıradan çıxardı.

Sonrakı illərdə əlaqələrdə meydana gələn eniş-çıxışlar zamanı isə nüvə çəkindirməçiliyi olmayan və kiçik ənənəvi qüvvəyə sahib Ukrayna ordusu Rusiya qarşısında müqavimət göstərməkdən aciz qaldı. O, hətta ABŞ-ın hərbi məsləhətçilərinin dəstəyi ilə belə şərqdə fəaliyyət göstərən separatçı qüvvələrin öhdəsindən gəlməkdə çətinlik çəkir.

Hərbi personal

Ukrayna silahlı qüvvələrinin sayı 250 min nəfərdir ki, bunun 204 mini aktiv xidmətdədir. Buna qarşılıq Rusiyada bu rəqəmlər 1,9 və 1 milyon nəfərdir. Rusiyanın hərbi xərcləri ötən il 66,3 milyard dollar təşkil edərkən, Ukrayna bu mənada büdcədən cəmi 3,6 milyard dollar ayıra bilib.

Tanklar

Rusiya həm də dünyanın ən böyük tank qüvvəsinə sahib ölkədir. Onun 20 minə qədər belə vasitəsi var. Ukrayna davamlı olaraq separatçıların fəaliyyət göstərdiyi ərazilərdə Rusiya tanklarının işlədiyini iddia etsə də, Rusiya bunu təkzib edir.

Donanma

Ukrayna donanmasının gəmilərinin çoxu 2014-cü il müharibəsi zamanı itirilib, daha üçü isə ötən həftə ələ keçirilib. Rusiyanın yeganə aviadaşıyıcısını demək olar ki, itirməsinə baxmayaraq, onun Qara dəniz filotiliyasında onlarla döyüş gəmisi istifadə edilir. Təkcə bu il donanmaya 26 yeni gəminin çatdırılması planlaşdırılırdı.

Aviasiya

Müharibə zamanı Ukraynanın çox sayda təyyarəsi də vuruldu. Üstəlik Ukraynanın hazırda əlində qalan təyyarələrin əksəriyyəti işlək qabiliyyətdə deyil. 2014-cü ilin aprelinə olan göstəricilərə görə, Ukraynanın 16 ədəd Su-27, 24 ədəd MiQ-29, 35 ədəd Su-24, 24 ədəd Su-25-ə sahib olduğu söylənilirdi və bunların sadəcə 15%-i döyüşə hazır idi.

Ötən ay keçirilən təlim zamanı baş verən qəzadan sonra açıqlanan rəqəmlərdə isə Ukrayna HHQ-nin cəmi 17 Su-27-si və 21 MiQ-29 “Fulcrum”u qaldığı aydın oldu. Bununla yanaşı onun cəmi 13 ədəd Su-35-i, 12 Su-24 supersəs bombardmançısı və 46 ədəd L-39 yüngül hücum təyyarəsi var.

“Defense Intelligence Agency”nin ötən il yaydığı hesabatda Rusiyanın 141 bombardmançı, 420 qırıcı, 345 quru hücum, 215 hücum qırıcısı, 32 radioelektron kəşfiyyat, 22 aviasiya xəbərdarlıq və idarəetmə, 6 komanda və idarəetmə, 15 tanker, 122 ağır yük və 198 təlim təyyarəsinə sahib olduğu göstərilib. Üstəlik bu il ərzində əlavə modernləşdirilmiş təyyarələr silahlanmaya qəbul edilib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Rusiya   Ukrayna   SQ  

Rusiya və Ukrayna ordularının müqayisəsi: Silahlı Qüvvələr müharibəyə necə hazırlaşır?

2018/11/15040-6173921964.jpg
Oxunub: 1019     12:34     29 Noyabr 2018    