Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İsrail HHQ nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, bununla İsrailin beşinci nəsil qırıcılarının sayı 14-ə çatıb.
İsrail, həmçinin, bu yaxınlarda F-35 proqramı iştirakçısı olan ölkələrin konfransına ev sahibliyi edib. Konfrans zamanı ABŞ, İsrail, Britaniya və Alman nümayəndələri F-35-lərin əməliyyat gücünün artırılması barədə müzakirələr edib.
Qeyd edək ki, İsrail Orta Şərqdə əməliyyata hazır və aktiv F-35-ləri olan yeganə ölkədir və ilk F-35I-lərini 2016-cı ilin dekabrında əldə edib.
Sevinc Əliyeva
Ordu.az