ABŞ ordusundan 3 innovasiya DƏRSİ

2018/11/camp--1543059381.jpg
Oxunub: 1365     22:35     24 Noyabr 2018    
Hərb tarixi və mədəniyyəti daha yaxşı olmağa açıqdır. Nəticə etibarilə daim buna can atan ordulardan götürülməli olan innovasiya dərsləri meydana gəlir.

Ordu.az “İndustry Today”ə istinadən bu mənada texnologiya sahəsində ABŞ ordusunda öyrənilməli olan üç əsas istiqaməti

1. Çərçivə planı olmadan innovasiya yaratmaqdan çəkinməmək

Özünün ABŞ ordusunun 101-ci Aviasiya Diviziyasındakı xidmət vaxtlarından danışan leytenant öz xatirələrini bölüşür: “Orada olarkən, mənim piyada kompaniyama “Fort Campbell”dən uçmaqla bağlı gözlənilməz həyəcan daxil oldu. Həyəcan vaxtımızla, bazadan uçuş vaxtımız arasında fərq 6 saatdır. Bu zamanda həyəcanın qəbulu, toplanma, səfərbər olunma və missiyanın planlaşdırılması həyata keçirildi. Orduda bir neçə aydır xidmət göstərən hərbçi yanacaq çənlərini götürməyi unutmuşdu, buna görə də vasitələrimizi yanacaqla təmin edə bilmədik. Ortada qışqırıq, çaşqınlıq, ümidsizlik var idi? Xeyr, qətiyyən. Heç vaxt nəsə qorxu, yaxud problemin həlli üçün kiminsə yönləndirilməsini gözləyən olmadı. Onlar problemi gördülər və onu aradan qaldırmaq üçün innovativ metodlara əl atdılar və məsələ aradan qalxdı”.

2. İnnovativ yanaşmalar tələb edən əməli zehniyyət

1944-cü ildə ABŞ-ın Filippini işğalı zamanı ABŞ qüvvələri Yaponiyanın döyüş gəmiləri tərəfindən təhdid altında idilər. O zaman bu qüvvələrə qarşı dayanan sadəcə esmines eskortlar idi. Onlar isə Yaponiyanın döyüş gəmilərinin silahlanmasının 20-də birinə bərabər idi. Lakin bir gecə San Bernardinoda baş verən döyüş zamanı bu kiçik gəmilərin nəhəng yapon qüvvələrinə qarşı vuruşması ilə həmin fəlakətli vəziyyət ABŞ üçün qələbəyə çevrildi. ABŞ-ın Yaponiya üzərində qələbə qazanmasına imkan verən məhz həmin zehniyyət idi. Amerikalıları öz təlimlərindən, məhdud texnologiyalarından və yaxşı yetişdirilmiş heyətindən istifadə edərək arsenallarında olan hər şeyi Yaponiya filotiliyasının üzərinə fırlatdılar. Yaponiya taktiki qələbə qazanmaq üzrə olsa da, ABŞ donanmasının vəhşiliyi qarşısında geri çəkilməli oldu.

3. Böhranlı vaxtda innovasiyadan ilhamlandıran tarixi uğur varisliyi

Koreya Müharibəsinin ortalarında ABŞ-ın dəniz piyadaları Şimali Koreyada idilər və Milada qədər müharibəni bitirməyə çalışırdılar. Şimali Koreyanın dərinliklərində yerləşən donmuş Çosin su anbarı ətrafında mövqe tutmuş hərbçilər minlərlə möhkəm çinli kommunist qüvvələr tərəfindən əhatəyə alınmışdılar. Hər şey dəniz piyadalarının mütləq məğlubiyyətinə aparırmış kimi görünsə də, əvəzində hərbçilər öz tarixi uğurlarına inandılar və hücuma keçdilər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

ABŞ ordusundan 3 innovasiya DƏRSİ

2018/11/camp--1543059381.jpg
Oxunub: 1366     22:35     24 Noyabr 2018    