Serbiya Müdafiə Nazirliyi, "Airbus Helicopters" şirkətindən ilk yüngül çoxməqsədli H145M helikopterini əldə edib.
Ordu.az xəbər verir ki, təhvil- təslim mərasimi "Airbus Helicopters"in Dunauverte (Almaniya) şəhərindəki zavodunda baş tutub. Serbiya tərəfini Müdafiə naziri Aleksandr Vulin təmsil edib.
H145M helikopteri, 2002-ci ildən etibarən kütləvi istehsal olunan H145 helikopterinin hərbi modifikasiyasıdır. Serblər bu modelin alman və tay müştərilərindən sonra üçüncü sahibi oldular. İki ədəd "Safran Arriel 2E" turbo mühərrikləri və "Helionix" rəqəmsal avionika kompleksi ilə təchiz olunan helikopterin ümumi çəkisi 3700 kq-dır.
Müqaviləyə əsasən, Serbiya "Airbus Helicopters"dən 9 ədəd H145M helikopteri alacaq, onlardan 6-sı Serbiya Hərbi Hava Qüvvələrinə, 3-ü isə Daxili İşlər Nazirliyinin aviasiyasına veriləcək. HHQ üçün 4 helikopter "Airbus HForce" silahlanma kompleksi ilə təchiz olunacaq. Bu kompleksə dəbiqəyə quraşdırılan nişangah, 12.7 mm pulemyot, 20 mm top, 70 mm idarəolunmayan raket qurğusu və potensial olaraq "hava-yer" və "hava-hava" idarəedilən raketlərdən istifadə etmək imkanı daxildir.
Serbiyaya verilən helikopter HHQ-nin maraqları üçün hazırlanan 6 ədədən birincisidir, dekabr ayında isə Serbiya Daxili İşlər Nazirliyi üçün daha iki helikopter göndərilməsi planlaşdırılır. Bütün 9 helikopterin çatdırılması 2019-cu ilin sonuna qədər başa çatmadırılmalıdır.
Ədalət Verdiyev
Ordu.az