ABŞ, Rusiya və Çin təyyarələri arasında məlumat paylaşıla bilər?| Sudan bunu edib

2018/11/UDTLO-1542808921.jpg
Oxunub: 371     19:16     21 Noyabr 2018    
Sudan ABŞ qırıcıları ilə birlikdə Rusiya və Çin mənşəli hərbi təyyarələrini də uçurdur və onlar arasında məlumat paylaşımını həyata keçirir.

Ordu.az “Defense News”a istinadən xəbər verir ki, bu barədə Sudan Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Salah Eldin Abdülxaliq Səid bildirib.

“Sudanlı mühəndislər Şərq və Qərb platformaları arasında adaptasiyanı təmin edə biliblər. Onlar bir komanda və idarəetmə mərkəzində ABŞ, Rusiya və Çin radarlarına da daxil olublar. Biz bütün platformalarımızı birləşdirilmiş Sudan müşahidə sistemi və Sudan kommunikasiya cihazları ilə təchiz etmişik”, - deyə general bildirib.

Xəbərin əhəmiyyəti üç tam fərqli platformaların birləşdirilməsi və birlikdə istifadəsinin mümkünlüyüdür. Rusiya Sudanda MiQ-29, MiQ-23, Su-24 və Su-25, həmçinin AN-26, AN-30, AN-32, AN-12 və İl-76 təyyarələri uçurdur.

Sudan həm də Çinin A-5, PT-6, FTC-2000 və K-8 təyyarəsinə, ABŞ-ın C-130, Fransanın “Puma”, Almaniyanın “Bo 105” helikopterlərinə sahibdir.

Səid vurğulayıb ki, ehtiyat hissələrin yoxluğundan dolayı Sudan HHQ Avropa və ABŞ təyyarələrinin əksəriyyətindən istifadə edə bilmir. Buna səbəb isə ABŞ-ın Sudana qarşı əvvəllər sanksiya tətbiq etməsi olub.

Bu sanksiyaların bəziləri ötən ilin oktyabrında qaldırılsa da, Sudan hələ də ABŞ-ın terrorizmə dövlət dəstəyi verən ölkələr siyahısında qalmaqdadır. Qalan məhdudiyyətlər isə ABŞ-ın xarici yardımını, müdafiə ixracatı və satışını əhatə edir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Rusiya   Sudan   HHQ  

ABŞ, Rusiya və Çin təyyarələri arasında məlumat paylaşıla bilər?| Sudan bunu edib

2018/11/UDTLO-1542808921.jpg
Oxunub: 372     19:16     21 Noyabr 2018    