Aİ çoxsaylı yeni hərbi layihə qəbul edib

2018/11/Euroc-1542807122.jpg
Oxunub: 577     18:49     21 Noyabr 2018    
Avropa İttifaqının Xarici İşlər və Müdafiə nazirləri bir sıra silahlanma və hərbi layihələrinin icrasına dair yekun razılığa gəlib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bazar ertəsi günü baş verən konfransda qəbul edilən qərarlara dair əlavə məlumatlar yayılıb.

Bildirilib ki, qəbul edilən layihələr arasında Aİ-nin hərbi qüvvəsi kimi nəzərdə tutulan PESCO-nun tərkib hissəsi kimi orta mənzilli raketin təkmilləşdirilməsi, kəşfiyyat məktəbinin formalaşdırılması və s. var.

Layihələrdən biri “Tiger Mk3” hücum helikopterinin yenilənməsi və kəşfiyyat toplanması, müşahidə üçün yeni nəsil dronların təkmilləşdirilməsini nəzərdə tutur.

Aİ-nin Birgə Kəşfiyyat Məktəbinin açılması ilə bağlı layihədə isə milli təhlükəsizlik agentlikləri və NATO ilə əməkdaşlıq çərçivəsində kəşfiyyat sahəsində təhsilin və təlimlərin təmin edilməsi planlaşdırılıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Aİ çoxsaylı yeni hərbi layihə qəbul edib

2018/11/Euroc-1542807122.jpg
Oxunub: 578     18:49     21 Noyabr 2018    