ABŞ Ukraynaya iki freqat təklif edir

2018/11/56-1542784394.jpg
Oxunub: 411     11:11     21 Noyabr 2018    
Birləşmiş Ştatlar Ukrayna donanması üçün özünün istifadədən çıxardığı iki freqatı təklif edib.

Ordu.az “Interfax”a istinadən xəbər verir ki, bu barədə Ukrayna donanmasının komandanı İqor Voronçenko bəyan edib.

Onun sözlərinə görə, təklif olunan freqatlar “Oliver Hazard Perry” sinifli gəmilərdir. Onlar 2013-2015-ci illərdə ABŞ donanmasının istifadəsindən çıxarılıb.

“Biz gəmilərin necə qəbul ediləcəyini, hazırda hansı vəziyyətdə olduğunu, nələrə ehtiyacı olduğunu və neçəyə başa gələcəklərini nəzərdən keçiririk. Belə bir freqatın illik əməliyyat xərci təxminən 25 milyon dollar olur. Dünya praktikasından yola çıxsaq, gəminin dəyəri onun əməliyyat xərclərinin sadəcə 30%-ni təşkil edir. 60-70%-i isə baxım, modernizasiya və istifadəsinə xərclənir”, - deyə Voronçenko söyləyib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər:

ABŞ Ukraynaya iki freqat təklif edir

2018/11/56-1542784394.jpg
Oxunub: 412     11:11     21 Noyabr 2018    