Zakir Həsənov: "Üçtərəfli görüş strateji səviyyədə əməkdaşlığın bariz nümunəsidir"

2018/11/16-1542785588.jpg
Oxunub: 477     10:46     21 Noyabr 2018    
"Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə rəsmilərinin üçtərəfli toplantısı bizim dövlətlərin strateji səviyyədə əməkdaşlığının bariz nümunəsidir".

Ordu.az xəbər verir ki, bu barədə Bakıda Türkiyə və Gürcüstan SQ Baş Qərargah rəisləri ilə üçtərəfli görüşdə Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bildirib.

Nazir vurğulayıb ki, bu toplantı artıq 3-cü dəfədir keçirilir.

"Toplantının əsas məqsədi bölgədə sabitliyin və sülhün bərqərar olması, 3 dost qonşu dövlətin həyata keçirdiyi strateji iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi, 3 dövlətin silahlı qüvvələrinin əməkdaşlığının dərinləşməsidir. Əminəm ki, bu toplantı yüksək səviyyədə keçiriləcək", - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: MN   Zakir-Həsənov  

Zakir Həsənov: "Üçtərəfli görüş strateji səviyyədə əməkdaşlığın bariz nümunəsidir"

2018/11/16-1542785588.jpg
Oxunub: 478     10:46     21 Noyabr 2018    