Rusiya və Çin Afrikadakı boşluğu doldurur?

2018/11/45645-1542723443.jpg
Oxunub: 368     21:43     20 Noyabr 2018    
ABŞ-ın təzəlikcə qoşunların sayını azaldacağını elan etdiyi Afrikada Rusiya və Çinin öz hərbi mövcudluğunu gücləndirməyi planlaşdırdıqlarına dair söz-söhbət yayılıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri səsləndirənlər Rusiyanın Mərkəzi Afrika Respublikasındakı fəaliyyətini nümunə göstərirlər.

Lakin bu yeganə nümunə deyil. Tramp administrasiyası Rusiya və Çinə qarşı daha effektiv mübarizə aparmaq məqsədilə buradan qüvvələri çəkməyi planlaşdırarkən bu ölkələrin böyüklüyünə görə ikinci yerdə olan qitədə daha da möhkəmlənməyə çalışdığı bildirilir.

Məsələn ötən il Çin Cibutidə ilk xarici dəniz bazasını açdı və burada ölkənin böyüməkdə olan döyüş gücünün canlı göstərişi məqsədilə təlimlər həyata keçirildi.

Eyni zamanda bu güclər qitənin müxtəlif ölkələrində terrorla mübarizə səyləri, infrastruktur qurulması, müxtəlif növ əməkdaşlıq adı altında əlaqələri genişləndirir və daha da dərinliyə dalmağa imkan tapırlar.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Rusiya   Çin   Afrika  

Rusiya və Çin Afrikadakı boşluğu doldurur?

2018/11/45645-1542723443.jpg
Oxunub: 369     21:43     20 Noyabr 2018    