ABŞ QQ istədiyi EM qüvvələrini formalaşdıra bilərmi?

2018/11/Army--1542722966.jpg
Oxunub: 280     18:22     20 Noyabr 2018    
ABŞ Quru Qoşunlarının planlaşdırıcıları xidmətin neçə elektron müharibə (EM) mütəxəssisinə ehtiyacı olması barədə baş sındırırlar. Məqsəd təkcə döyüş bölmələrində radio-pozuntular və digər formalı hücum imkanları formalaşdırmaq yox, həm də uzun müddətli olaraq EM korpusunun hazırlanmasıdır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu plan özü ilə bərabərində yeni büdcə artımı söyləntilərini də meydana gətirib.

Bu barədə açıqlama verən briqada generalı Cennifer Bukner bildirib ki, artıq dörd ildir ki, QQ kiber müharibəyə köklənib və artıq inkişafın yeni mərhələsinə keçməyin vaxtıdır. Söhbət elektron müharibə qüvvəsinin formalaşdırılması, kiber, EM və informasiya əməliyyat qabiliyyətlərinin bütün ordu boyunca təmin etməkdən gedir.

Qeyd edək ki, ABŞ ordusunda daha əvvəllər EM korpusu olsa da, Soyuq Müharibədən sonra sıradan çıxarılıb. Sonralar Əfqanıstan və İraq üçün bu sahədə bir sıra işlər görülsə də, o, çox dar çərçivədədir.

ABŞ QQ hazırda Rusiya və Çin kimi yüksək texnologiyaya sahib rəqiblərə qarşı mübarizədə effektiv ola biləcək yaxşı inteqrasiya edilmiş EM bölməsi qurmaq fikrindədir.

Bunun həyata keçirilməsi üçün böyük məbləğdə büdcə tələb olunsa da, Pentaqonun məsələyə isti yanaşdığı və zəruri vəsaiti ayırmağa meyilli olduğu söylənilir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   EM  

ABŞ QQ istədiyi EM qüvvələrini formalaşdıra bilərmi?

2018/11/Army--1542722966.jpg
Oxunub: 281     18:22     20 Noyabr 2018    