Hindistan-İndoneziya hərbi təlimlərinin əsl məqsədi nədir?

2018/11/46520-1542722509.jpg
Oxunub: 292     19:02     20 Noyabr 2018    
Bu ayın əvvəlində Hindistan və İndoneziya donanması dənizdə müştərək hərbi təlimlərin ilk mərhələsini keçirib. İki ölkə arasındakı bu yaxınlaşma onların müdafiə sahəsindəki münasibətlərini gündəmə gətirib.

Hindistan son zamanlarda cənub-şərqi Asiya ölkələri ilə təhlükəsizlik sahəsində əməkdaşlıq üçün çalışır. İki ölkə arasındakı müdafiə sahəsindəki razılaşmanın başlanğıcı isə hələ 2001-ci il müqaviləsinə dayanır. Dəniz sərhəddi olan Hindistan və İndoneziya bu illər ərzində dəniz əməkdaşlığını xeyli inkişaf etdirib. Bu gün isə donanma heyətləri qarşılıqlı görüşlər keçirir, liman şəhərlərini ziyarət edir, Hind Okeanında Hərbi Dəniz Simpoziumunda iştirak edir, beynəlxalq sularda hərbi patrullar keçirir və hərbi təlimlər planlayır.

İkitərəfli müdafiə əlaqələri isə son illərdə daha da möhkəmlənib. Baş nazir Narendra Modinin şərqyönümlü siyasəti bu əlaqələri gücləndirib. O bu ilin may ayında İndoneziyaya səfəri zamanı prezident Joko Vidodo ilə strateji əməkdaşlıq barəsində razılığa gəlib.

Ötən həftə 12-18 noyabr tarixlərində iki ölkənin “Samudra Sakti” adlı dəniz təlimi keçirməsi xarici KİV-lərin diqqətini cəlb edib. Təlimin özü liman və dəniz mərhələlərindən ibarət olub. 12-15 noyabr tarixlərində keçirilən liman mərhələsində peşəkar qarşılıqlı görüşlər, göyərtə səfərləri, avadanlıqların nəzərdən keçirilməsi və fəaliyyətin planlaşdırılması baş tutub. 16-18 noyabr tarixlərini əhatə edən dəniz mərhələsində isə birgə manevrlər, döyüş əməliyyatları, yerüstü döyüş təlimləri, sualtı qayıq əleyhinə mübarizə təlimi və antipiratçılıq təlimi kimi əməliyyatlar keçirilib.

Hindistan Müdafiə Nazirliyi əməkdaşlığın növbəti il də davam edəcəyini bildirib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Hindistan   İndoneziya   Təlim  

Hindistan-İndoneziya hərbi təlimlərinin əsl məqsədi nədir?

2018/11/46520-1542722509.jpg
Oxunub: 293     19:02     20 Noyabr 2018    