Ordu.az CHD-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Gümrü hərbi bazasının ərazisindəki it saxlama yerində mühafizə itlərinin təlimi məqsədilə 20 maneədən ibarət olan kompleksdə hər gün təlim metodiki məşğələlər keçirilir.
Ümumi olaraq 10 günlük təlimə 50-dən çox hərbi qulluqçu və müxtəlif cinsdən olan 30-dək it cəlb edilib.
Təlimatçı hərbi qulluqçuların və itlərin təlimi 3 km uzunluğunda məsafədə yerləşən maneələr zolağının dəf edilməsi ilə yekunlaşacaq.
Alpər Mövludoğlu
Ordu.az