Vaşinqtondakı "Lyudmila": Eyni zamada həm ABŞ, həm də SSRİ Əks-Kəşfiyyat İdarəsinin rəisi?| O kimdir!

2018/11/6-6170787484.jpg
Oxunub: 2061     10:48     20 Noyabr 2018    
Oldriç Heyzen Eyms 1941-ci il mayın 26-da ABŞ-ın Viskonsin ştatının River Folls şəhərində anadan olub. O, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Əks-Kəşfiyyat bölməsinin rəisi, Xarici Əks-Kəşfiyyat İdarəsinin Sovet bölməsinin rəisi vəzifələrində xidmət etməklə bərabər 9 il ərzində Sovet və Rusiya xüsusi xidmət orqanlarının muzdlu agenti kimi çalışıb. Eyms Sovet və Rusiya kəşfiyyat tarixinin "ən qiymətli agentlərindən biri" kimi xarakterizə olunur.

SSRİ-də bu agentin mövcudluğunu yalnız bir neçə yüksək çinli rəhbər zabitlər bilirdi. 2006-cı ildə Rusiyanın "Trud" qəzetində bu barədə yazılan məqalədə belə bir fraza mövcud idi: "Eymsi qorumaq üçün ən mürəkkəb örtük əməliyyatları hazırlanırdı. Ona çoxmilyonluq vəsaitlər, yəqin ki, Rusiya kəşfiyyat tarixində ən böyük məbləğlər ödənilirdi".

Eyms 1983-cü ilin aprel ayında DTK-nın 1-ci Baş idarəsinin Vaşinqton rezidenturasının rəhbərlərindən biri olan polkovnik Viktor Çerkaşin tərəfindən əməkdşlığa cəlb edilib. Onun köməyi ilə DTK, ABŞ kəşfiyyat xidmətləri ilə əməkdaşlıq edən ən azı 25 casusu aşkar edə bilib. Bunlardan 10 nəfərdən çoxunun ölüm hökmünə layiq görülərək edam edildiyi üçün Eymsə "seriyalı qatil" ləqəbi də verilir.

Eymsin uğursuzluğunun səbəbləri dəqiq məlum olmasa da, bəzi ehtimallar mövcuddur. 1994-cü il fevralın 21-nə qədər Federal Tədqiqat Bürosunun əməkdaşları tərəfindən həbs olunana qədər Eyms Rusiya ilə əməkdaşlıq etməkdə davam edib.

Eymsin həbs olunması ABŞ və Rusiyada ciddi rezonans yaratdı, MKİ direktoru istefa verdi və bu, Rusiya-ABŞ münasibətlərinin ifrat dərəcədə pisləşməsinə səbəb oldu. ABŞ-da Eyms ömürlük həbs cəzasına məhkum edildi.

Bioqrafiya

İspan-yəhudi əsilli Oldriç Heyzen Eyms, ABŞ vətəndaşları olan Karlton və Raxili Eyms ailəsində doğulub. Onun atası 1952-ci ildən MKİ sistemində çalışıb, anası isə ingilis dili müəlliməsi olub. İkinci həyat yoldaşı Maria del Rosario Casas Dupi olub.

Eyms kəşfiyyat karyerasına 1962-ci ildə başlayıb. Sonradan SSRİ ərazisində aparılan əməliyyatlara nəzarət edən şöbəyə təyin edilən Eyms Sovet İttifaqında (sonra Rusiyada) ABŞ agentlərinin şəxsi məlumatlarına çıxış əldə edib. Bu dövrdə Eyms boşanma prosesi, aliment və yeni xanımının böyük borcları ilə yüklənmişdi. Daha sonra Eyms 50 min dollara ehtiyacı olduğunu etiraf etdi və DTK-nın MKİ əməkdaşlarına onların xeyrinə casusluq etmək üçün belə biri məbləğ ödədiyi barədə eşitdiyini xatırladı.

Yazıçı V. Kazanskinin versiyasına görə, 1985-ci ilin aprelində Eyms Vaşinqtondakı SSRİ səfirliyinə gələrək mühafizəçiyə səfirə çatdırmaq üçün bir zərf verdi. Zərfin içindəki məktubun məzmunu belə olub: "Mən Oldriç Heyzen Eyms MKİ Əməliyyatlar İdarəsinin SSRİ-nin və Şərqi Avropa üzrə Əks-Kəşfiyyat bölməsinin rəhbəri vəzifəsində çalışıram. Sovet İttifaqında fəaliyyət göstərən üç agent haqqında məlumat üçün 50 min dollara ehtiyacım var". Ertəsi gün Eyms rəisi Devid Merfiyə səfirliyə icazəsiz səfər etməsinin səbəbini əməkdaşlığa cəlb edəcəyi səfirlik əməkdaşının nahara gəlməməsilə əlaqədar olduğunu bildirdi. Polkovnik Viktor Çerkaşin yeni agent Eymsin kuratoru oldu, muzdlu agent "Lyudmila" ləqəbini aldı.

"Lyudmila" təxminən 9 il SSRİ və Rusiyaya çalışdı. Ondan alınan məlumatların köməyi ilə DTK və Baş kəşfiyyat İdarəsinin (BKİ) sıralarında xidmət edən bir çox ABŞ MKİ-nin agentləri həbs olundu. Müxtəlif mənbələrə görə, Eymsin fəaliyyəti nəticəsində BKİ-nin general-mayoru Dmitri Polyakovun, DTK-nın polkovniki Aleksey Kulakın, Vladimir Piquzovun, polkovnik-leytenant Valeri Martınov, mayor Sergey Motorin və digərləri daxil olmaqla, 25-ə qədər MKİ agenti aşkar edildi. Özünün əməkdaşlığa cəlb etdiyi "yaxşı dostlarından" olan Sergey Fedorenkonu da ələ verməyi unutmadı. Federenko BMT-də SSRİ-ni təmsil edən diplomatlar (əslində DTK zabitləri) barədə çox dəyərli və ətraflı məlumatları Eymsə ötürürdü. Oleq Qordievski kimi Qərb kəşfiyyatına çalışan Rusiya kəşfiyyatçısını da məhz Eyms aşkar edə bilmişdi.

Eyms Sovet DTK-sının və Rusiya XKX-nın ən qiymətli agenti idi. Eymsə qədər əsas məlumat adətən Şərqi Berlindən əldə edilirdi. Bu məlumatlar adətən NATO və onun silahlanmasını əhatə edirdi. Eymsin fəaliyyəti ABŞ agentura şəbəkəsini tamamilə çökdürdü və ehtimal olunan rəqibin bütün əks-kəşfiyyat orqanlarının işini canlandırdı.

ABŞ Senatının Kəşfiyyat Komitəsinin hesabatında deyilirdi: "Eymsin fəaliyyəti "Soyuq müharibə"nin ən qızğın çağında Sovet İttifaqında mövcud olan bütün dəyərli məlumat mənbələrinin faktiki olaraq itirilməsinə səbəb oldu".

"Foreign Policy" dərgisinə görə, Eyms SSRİ və Rusiya ilə əməkdaşlıq etdiyinə görə 4 milyon dollar vəsait əldə edib.

1993-cü ildə MKİ və FTB-nin birgə komissiyası "Kortşip" əməliyyatı çərçivəsində ABŞ xüsusi xidmət orqanlarında "köstəbək" axtarışına aid çalışmaları yekun bir sənəd tərtib etməklə bitirdi. Həmin sənəddə MKİ sıralarına xarici ölkə agentlərinin sızdığı təsdiqləndi. Komissiya MKİ əməkdaşı Eymsin Romaya xidməti ezamiyyətdən sonra 540 min dollara Vaşinqtonda villa, həyat yoldaşının adına iki ev və ferma, "Yaquar" avtomobili, 455 min manatlıq qızıl-zinət əşyaları, birjada 165 min dollarlıq səhmlər əldə etməsini aşkar etdi. İldə cəmi 60 min dollar maaş alan məmurun bu qədər əmlakı ardıcıl olaraq əldə etməsi Eymsin aşkarlanmasına şərait yaratdı.

1994-cü ilin fevralın 21-də Eyms Arlinqtonda FTB tərəfindən həbs olundu. Eymsin həbsi ABŞ-da yüksək səs-küylü siyasi skandala da səbəb oldu. O dövrdə ABŞ Rusiyaya "demokratikləşmə dalğası" şəraitində olduğu üçün yardımlar edir, "Soyuq Müharibə"nin bitəcəyinə və münasibətlərin düzələcəyinə ümid edirdi. Lakin Rusiya Qərbdən həm yardım alır, həm də onların ərazisində casusluq edirdi. Hadisənin baş verməsindən sonra MKİ-nin iki rəhbər şəxsi dərhal dəvətsiz Moskvaya gəldi və XKX-dən günahlarını etiraf etmələrini, Eymsin Mərkəzə satdığı materialları təqdim etmələrini tələb etdilər. Lakin bu tələblər gözlənildiyi kimi yerinə yetirilmədi. MKİ-nin ünvanına səslənən təndiqdlər təşkilatın direktoru Ceyms Vulsini istefa verməyə məcbur etdi.

Rusiyanın MKİ tələblərindən imtina etməsi ABŞ prezidenti Bill Klintonun bəyanat verməsi ilə nəticələndi: "FTB MKİ-nin veteranı Oldriç Heyzen Eymsi həbs edərkən dəhşətə gəldik. Doqquz ildir ki, Eyms ondan çox agentimizin ölümünə səbəb olan və kəşfiyyat potensialımıza böyük ziyan vuran məlumatları Rusiyaya ötürməklə böyük sərvət əldə edib. Belə bir sual yaranır: Rusiya bizə qarşı yönəldilən casusluq fəaliyyəti ilə məşğul olursa, bəlkə biz də ona yardım göstərməyi dayandıraq? Konqresdə hər iki palatanın nümayəndələri ilə görüşdə də, jurnalistlərin suallarını cavablandıranda da mən Rusiyaya dəstək verilməsinin əleyhinə olduğumu bildirdim".

Eymsin uğursuzluğunun dəqiq səbəbləri hələ də məlum deyil. Bəziləri inanırlar ki, Eymsin uğursuzluğu ABŞ əks-kəşfiyyatının uğurlu işinin nəticəsidir. Bəziləri güman edir ki, onu Moskvada olan və əsl rolunu bilənlərdən biri ələ verib. Keçmiş DTK sədri Vladimir Kryuçkov, "Şəxsi İş" adlı kitabında yazır: "... Uğursuzluğun müxtəlif və çox sayda versiyaları ola bilər, amma onların ikisi, mənim fikrimcə, ən az ehtimal ediləndir: Amerika kəşfiyyat xidmətlərinin Eymsə təsadüfən çıxması və ya onun səhlənkarlığı. ABŞ mətbuatına uğursuzluğunun səbəbi kimi sızdırılan Eymsin şəxsi məqsədlər üçün həddindən artıq xərcləri barədə məlumatlar isə aşkarlanmanın əsl səbəbini gizlətməyə cəhddən başqa bir şey deyil və sadəlövh audiotoriya üçün hesablanıb. Yüksək səviyyəli şəxsi və peşəkar keyfiyyətlərə malik agentlə əməkdaşlıq büyük ehtimalla xəyanətlə bağlıdır. Onun birgə çalışdığı və ya hansısa bir şəkildə onun haqqında məlumatı olan biri tərəfindən ələ verildiyi ehtimalı daha böyükdür.

MKİ-nin Sovet şöbəsinin keçmiş rəhbəri olan Devid Merfi isə bildirib ki, əgər Eyms 1985-ci ilin mayında MKİ-nin SSRİ-də fəaliyyət göstərən bu qədər çox sayda agentinin adını bir paketdə verməyib, onları hissə-hissə bir neçə dəfəyə ötürsəydi, hələ də XKX-yə çalışmaqda davam edərdi. Burada Sovet rəhbərliyinin agentlərin dərhal həbs edilməsində israr etməsi də həqiqət böyük rol oynayıb, eyni zamanda bütün agentura şəbəkəsinin aşkar edilməsi MKİ-nin sıralarında "köstəbəyin" olması barədə ABŞ-ı xəbərdar edirdi.

"Eyms işi"nin yaratdığı beynəlxalq skandal Rusiya ilə ABŞ arasındakı ictimai-siyasi əlaqələrin də gərginləşməsinə səbəb oldu. 1994-cü ilin fevralın 26-da Vaşinqtonda Rusiya XKX-nin rezidenti olan Aleksandr Lısenko ABŞ prezidenti Bill Klintonun qərarı ilə "arzuolunmaz şəxs" (persona non grata) elan edildi. Fevralın 28-də Rusiya prezidenti Boris Yeltsin də Moskvadakı MKİ-nin rezidenti Ceyms Morrislə eyni şəkildə davranmağa məcbur oldu. Ölkələr arasında həddindən artıq gərginliyi aradan qaldırmağa çalışan Yeltsin jurnalistlərə verdiyi açıqlamada Eymsin fəaliyyəti ilə bağlı şəxsən heç bir məlumatı olmadığını bildirdi. Gərginlik rezidentlərin ölkədən çıxarılması ilə məhdudlaşdı, çünki ABŞ və Rusiya bir-biri ilə tərəfdaşlıq əlaqələrini qurmaqda maraqlı idilər.

1994-cü il aprelin 28-də Eyms əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzasına məhkum edildi və hazırda Pensilvaniya ştatının Allenvud ciddi rejimli həbsxanasında cəzasını çəkir.

SSRİ və Rusiya qarşısında göstərdiyi xidmətlərə görə Eymsin mübadiləsi ilə bağlı Rusiya-ABŞ razılaşmasına nail olmaq üçün Moskva bir neçə dəfə cəhd edib, lakin müsbət nəticə əldə edilməyib. Son dəfə bu fəaliyyət barədə məlumatlar 2017-ci ildə üstüörtülü şəkildə səsləndirilib.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Eyms   ABŞ-SSRİ   Agent  

Vaşinqtondakı "Lyudmila": Eyni zamada həm ABŞ, həm də SSRİ Əks-Kəşfiyyat İdarəsinin rəisi?| O kimdir!

2018/11/6-6170787484.jpg
Oxunub: 2062     10:48     20 Noyabr 2018    