Ermənistan və Əfqanistan Müdafiə nazirləri müzakirələr aparıblar

2018/11/34534-1542695625.jpg
Oxunub: 326     10:32     20 Noyabr 2018    
Ermənistan Müdafiə naziri vəzifələrini icra edən Davit Tonoyan Əfqanistana səfəri çərçivəsində bu ölkənin Müdafiə naziri Tarik Şah Bəhrami ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhanisyan öz "Facebook" səhifəsində yazıb.

Məlumata görə, nazirlər bölgədəki vəziyyəti, ölkədə yaranmış hərbi-siyasi vəziyyəti, erməni sülhməramlılarının missiyası və digər məsələləri müzakirə ediblər.

Ermənistan Müdafiə naziri ikitərəfli hərbi əməkdaşlığın inkişafı çərçivəsində Ermənistanda əfqan tələbələrin təhsil alması imkanlarını və humanitar əməkdaşlığın dərinləşdirilməsini müzakirə etməyi təklif edib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   Əfqanıstan  

Ermənistan və Əfqanistan Müdafiə nazirləri müzakirələr aparıblar

2018/11/34534-1542695625.jpg
Oxunub: 327     10:32     20 Noyabr 2018    