ABŞ və Ukrayna yeni silah təchizatı paketini müzakirə edir

2018/11/46501-1542636369.jpg
Oxunub: 840     19:04     19 Noyabr 2018    
ABŞ və Ukrayna Kiyevin Ukraynanın şərqində davam edən müharibədə istifadə edə biləcəyi ölümcül silahların təchizatı üçün yaxın təmasdadır.

Ordu.az “Defense News”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər naziri Pavlo Klimkin danışıb.

Halifaks Beynəlxalq Təhlükəsizlik Forumunda çıxış edən Klimkin iki ölkə arasında yeni müdafiə ləvazimatlarının həyata keçiriləcəyinə dair deyilənləri təsdiqləyib və bildirib ki, bununla bağlı müzakirələr aparılır.

Xatırladaq ki, bu ilin fevralında Ukrayna prezidenti Petro Poroşenko ABŞ-dan snayper əleyhinə silahların, elektron müharibə və havadan müdafiə alətlərinin çatdırıldığını elan etdi. Ötən ilin dekabrında isə ABŞ Ukraynaya 210 ədəd “Javelin” tank əleyhinə raketlə bağlı 47 milyon dollarlıq satış həyata keçiriləcəyini bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ukrayna   ABŞ   Forum  

ABŞ və Ukrayna yeni silah təchizatı paketini müzakirə edir

2018/11/46501-1542636369.jpg
Oxunub: 841     19:04     19 Noyabr 2018    