Ukrayna Türkiyədən “Bayraktar TB2” PUA-ları alacaq

2018/11/56756-1542636143.jpg
Oxunub: 403     21:01     19 Noyabr 2018    
Ukrayna Türkiyə istehsalı “Bayraktar TB2” PUA-larının satın alınması ilə bağlı müqavilə imzalayıb.

Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, müqavilənin imzalanması bu ayın əvvəlində ölkə prezidenti Petro Poroşenkonun Türkiyəyə səfəri zamanı imzalanıb.

Qeyd edək ki, sözügedən PUA-nın alqı-satqısına dair Kiyev və Ankara arasında artıq iki ildən çoxdur ki, danışıqlar aparılır. Bu danışıqlar nəticəsində baş tutan imzalama mərasimində Ukrayna Müdafiə naziri Stepan Poltorak, Milli Təhlükəsizlik və Müdafiə Şurası sədrinin birinci müavini Oleq Qladkovski və “Ukroboronprom”un sədri Pavlo Bukin də iştirak edib.

“Bayraktar TB2”nin qanadları altına tank əleyhinə uzaq mənzilli raketlər yerləşdirmək mümkündür. Onun ilk uçuşu 2009-cu ilin iyununda baş tutub, kütləvi istehsalı isə 2011-ci ilin dekabrında başlayıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Bayraktar   Ukrayna   Türkiyə  

Ukrayna Türkiyədən “Bayraktar TB2” PUA-ları alacaq

2018/11/56756-1542636143.jpg
Oxunub: 404     21:01     19 Noyabr 2018    